Yuxarı

Alimlər qadınları pis yola çəkən kitabın adını açıqladı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Miçiqan universitetinin tədqiqatçıları E.L.Ceymsin "Bozun 50 çaları" trilogiyasının qadınlara təsirini araşdırıblar.

Axar.az xəbər verir ki, onların əldə etdikləri məlumatlara görə, silsilənin mütaliəsi alkoqolizmin yayılması riskini artıra bilər. "Journal of Women's Health" (Qadın sağlamlığı jurnalı) bildirir ki, əsər əyyaşlığa və maddələr mübadiləsinin pozulmasına gətirib çıxara bilər. Tədqiqatlarda 18-24 yaş arası 655 qadın iştirak edib.

Araşdırmanın nəticələrinə görə, novellanın birinci hissəsini oxuyanların 25 faizi onlara qışqıran partnyorlarına qarşı səbrlə davranırlar.

Trilogiyanın hamısını oxuyan qadınların 65 faizi ayın altı və ya daha çox gününü içməklə keçirib, 63 faizi isə həmin dövr ərzində (bir ay) beş və ya daha çox ayrı-ayrı kişi ilə sekslə məşğul olub.

Tədqiqatlara rəhbərlik edən professor Emi Bonemi bildirib ki, alimlər kitabı yasaqlamağı təklif etmirlər. "Biz etiraf edirik ki, qadınlara qarşı zorakılığın təsviri öz-özlüyündə problem deyil. Problem zorakılığın məzəmmətlənməməsi anından başlayır".

İlk dəfə 2011-ci ildə nəşr olunmuş "Bozun 50 çaları" romanı sahibkar Kristian Qreylə universitet məzunu Anasteyşa Stil arasındakı münasibətlərdən bəhs edir. Nəşr olunduğu andan bütün dünyada 30 milyon nüsxə ilə satılan kitabda seksual, o cümlədən BDSM (hakimiyyətin erotik mübadiləsinə əsaslanmış psixoseksual subkultura və seksual münasibətlərin digər formaları – tərc.) səhnələrin müfəssəl təsviri verilir. Əsərin motivləri əsasında Dakot Ceyson və Ceymi Dornanın iştirakı ilə ekranlaşdırılan film 2015-ci ilin əvvəllərində tamaşaçıların ixtiyarına veriləcək.

Xatırladaq ki, avqustun əvvəllərində ispan məmurları E.L.Ceymsin kitabının motivləri əsasında Vilafrankda yaradılan BDSM otelinin açılışınıı qadağan etmişdilər.

Tarix
2014.08.27 / 08:45
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla