Ana səhifə Kult |
Türkiyənin Muğla şəhərinin Datça mahalında türk ədəbiyyatının ustad şairi Can Yücəlin parçalanan məzarı bərpa edilməyə başlanılıb.
Axar.az xəbər verir ki, 2011-ci ildə naməlum şəxslər tərəfindən "Məzarın üstündə içki içilməsi və üzərində olan su daşından su yox, içki axması" iddiası ilə dağıdılan məzarı heykəltəraş Məhmət Aksoy tərəfindən yenidən bərpa edilib.
İki mərmər blokdan ibarət məzar daşı, əvvəllər olduğu kimi yeni doğulacaq körpənin həyatla olan bağlantısını anladır. Su daşı adı verilən blok, 110 santimetr uzunluğunda, 40 santimetr eni, 40 santimetr qalınlığında mərmər blok və üzərində su kanalından ibarətdir. Sentyabr ayında şairin məzarı başında təşkil ediləcək bir mərasimlə abidənin açılışı olacaq.
Heykəltəraş Məhmət Aksoy məzara edilən hücumu qınayaraq belə deyib:
"Bizim adət-ənənələrimizdə məzara hücum etmək, korlamaq yoxdur. Əksinə məzarları qoruyub üzərinə çiçək qoyarlar, ölənlər üçün dua edərlər. Bu heykəli Can Yücəlin xatirəsinə, şerinə, sənətinə hörmət əlaməti olaraq hazırlayırıq. Onun şairliyini anladan məzar daşının olmasını istədim".
Tarix
2014.08.28 / 13:27
|
Müəllif
Nilufər Muğantürk
|