Yuxarı

"Qarabağ"ı inandıracağıq ki, bura təhlükəsizdir"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dnepr" çox istəyir ki, Avroliqa matçlarını doğma "Dnepr Arena"da oynasın. Biz Dnepropetrovskda oynamaq üçün hər şey edəcəyik".

Apasport.az saytının məlumatına görə, bunu Ukraynanın "Dnepr" klubunun baş direktor müavini Dmitri Pelin deyib.

Ukrayna ilə Rusiya arasında siyasi gərginlik olduğundan, "Dnepr" oyunlarını şimal qonşularımıza yaxın olan Dnepropetrovsk şəhərində keçirməyə bilər. Məhz bu üzdən "ağ-göylər" "Kopenhagen"lə Çempionlar Liqası və "Hayduk"la Avroliqa matçlarını Kiyevin Olimpiya stadionunda keçirməli olmuşdu.

Pelinin sözlərinə görə, onlar oyunların "Dnepr Arena"da baş tutması üçün "İnter", "Sent-Etyen" və "Qarabağ"ın nümayəndələrini razı salmalıdırlar: "Bildiyiniz kimi, yekun söz UEFA-ya məxsusdur, "Dnepr"ə yox. Ona görə də mənə demək çox çətindir ki, komanda harda oynayacaq. Biz rəqiblərimizi və UEFA-dan olan məmurları inandırmağa çalışacağıq ki, Dnepropetrovskda oynamaq təhlükəsizdir. Ancaq onlar necə qərar verəcək, bunu bilmirik. Yaxın 7-10 günə vəziyyətə aydınlıq gələcək".

Qeyd edək ki, "Qarabağ" oktyabrın 23-də "Dnepr"in qonağı olacaq. UEFA-nın saytı ilkin olaraq bu oyunun keçirilmə yeri kimi hələ ki "Dnepr Arena"nı göstərib.

Tarix
2014.08.30 / 22:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla