Yuxarı

Nazarbayevdən şok: "Avrasiya İttifaqını tərk edə bilərik"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ən qiymətli sərvətimiz müstəqilliyimizdir".

Axar.az-ın məlumatına görə, bu fikri Qazaxıstan prezidenti Nursultan Nazarbayev yerli "Xabar" telekanalına müsahibəsində deyib.

Qazax dövlət başçısı Putinin yeni imperiya layihəsi olan Avrasiya İttifaqı haqda danışarkən qeyd edib ki, əgər müqavilədə göstərilən qayda və şərtlərə əməl olunmasa, onun ölkəsinin Rusiyanın patronajlığı altında yaradılan Avrasiya İttifaqından çıxmaq hüququ heç bir halda mübahisə və müzakirə predmetinə çevrilə bilməz.

Sitat: "Qazaxıstanın belə bir addım atmaq, birliyi tərk etmək hüququ var. Mən bunu əvvəl də demişəm, bu gün də bir daha bəyan edirəm".

N.Nazarbayevin sözlərinə görə, Qazaxıstan onun təhlükəsizliyini və müstəqilliyini təhdid edəcək heç bir birliyin tərkibində olmayacaq: "Ən qiymətli sərvətimiz müstəqilliyimizdir. Ata-babalarımız uzun müddət məhz bunun üçün mübarizə aparıblar. Biz bu müstəqilliyi heç kimə təslim etməyəcəyik, onu qorumaq üçün əlimizdən gələn hər şeyi edəcəyik".

Tarix
2014.08.30 / 23:10
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla