Yuxarı

Suriyadakı yerlimizin arvadından şok zəng: “Burda hər gün bizi...” - Foto/18+

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə İsmayıllı rayonundan Suriyaya döyüşməyə gedən ailələrin adından sensasion məlumat yayılıb.

Axar.az jurnalist Elçin İsmayıllının feysbuk səhifəsində tükürpədici bir qeydə istinad edərək xəbər verir.

Belə ki, rayondan Suriyaya gedənlərin həyat yoldaşları təcavüzə məruz qalıblar. Jurnalist bunu həmin qadınlardan birinə istinadən yazıb. Sitat: "Diqqət, diqqət!!! İsmayıllıdan Suriyaya gedən ailəli şəxsi həyat yoldaşından ürəkağrıdıcı zəng olub. Qadın deyib ki, bizləri ərlərimizdən ayırdılar. Neçə gündür ki, onların harada olduğunu bilmirik. Hər gün xeyli sayda əsgər və zabitlər tərəfindən cinsi istismara məruz qalırıq. Mənim sizlərə zəng etdiyimi bilsələr öldürəcəklər". Bu zəngin Suriyaya gedən hansı şəxsin arvadı tərəfindən edildiyi açıqlanmayıb. Lakin yada salaq ki, bu yaxınlarda İsmayıllıdan olan 5 nəfər Əsəd rejiminə qarşı döyüşlərdə iştirak etmək üçün Suriyaya gedib.

Suriyada İŞİD cəbhəsinə qoşulan İsmayıllı sakinlərindən biri peşəkar güləşçi, Respublika yarışlarında yüksək nəticələr əldə etmiş idmançı Rəşad Baxşəliyevdir.

O, Xankəndi orta məktəbində müəllim işləyirdi. Onun Suriyaya getməsi faktını məktəbin direktoru da təsdiqləyib. Ailəsinin bildirdiyinə görə, R.Baxşəliyev Suriyaya həyat yoldaşı və körpəsi ilə gedib.

Tarix
2014.08.31 / 22:34
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla