Yuxarı

Senatorlar ABŞ-ı Ukraynaya silah satmağa çağırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ tez bir zamanda Ukraynanı silahla təchiz etməlidir.

Axar.az xəbər verir ki, bunu ABŞ Senatının xarici əlaqələr üzrə komitəsinin rəhbəri Robert Menendes CNN telekanalına müsahibəsində deyib.

"Söhbət qiyamçı separatçılardan yox, həm də Rusiyanın birbaşa hərbi müdaxiləsindən gedir. Biz sübut etməliyik ki, bu məhz belədir", – Menendes deyib.

O, ukraynalılara Rusiyanı yerində oturmağa məcbur edə biləcək müdafiə silahları satmağa çağırıb.

Oxşar açıqlama ilə senator Con Makkeyn CBS kanalına verdiyi müsahibəsində çıxış edib. "Ukraynalılara lazım olan silahı verin; onlara döyüşmək imkanı verin", - Makkeyn bildirib.

Makkeyn eyni zamanda Rusiyaya qarşı sanksiyaların artırılmasını da təklif edib.

Bir neçə gün əvvəl Ukrayna Prezidenti Pyotr Poroşenko verdiyi açıqlamasında bildirmişdi ki, dünya birliyi ilə hərbi-texniki əməkdaşlığı mümkün hesab edir.

Poroşenko Ukraynanın silah və texnika almaq niyyətində olduğunu açıqlamışdı.

Tarix
2014.09.01 / 12:51
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla