Yuxarı

"National Geographic" Azərbaycan dilində - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Garant" Media Holding "National Geographic" jurnalının Azərbaycanda yerli dildə dərc edilməsi üçün Milli Coğrafiya Cəmiyyəti ilə partnyorluq əlaqəsi yaradıb.

Trend-in məlumatına görə, "National Geographic Azərbaycan" jurnalının dərc edilməsinə 2014-cü ilin sentyabr buraxılışı ilə start veriləcək və bu buraxılışın ən mühüm materialı "Azərbaycanın rəngləri" haqqındadır. Jurnal aylıq dərc olunaraq qəzet köşklərində və abunə yolu ilə satılacaq.

Yeni "National Geographic Azərbaycan" jurnalı bu gün Bakıda təqdim olunub. Tədbirdə "National Geographic" jurnalının fotoqrafı Rza Diqqəti, "National Geographic" jurnalının və xəbərlərinin baş redaktoru Syuzan Qoldberq "National Geografic" Cəmiyyətinin baş hüquqşünası Terens B.Adamson iştirak ediblər.

Yeni buraxılışda ingilisdilli buraxılışdakı və azərbaycanlı oxucuların maraq dairəsinə uyğun materiallar əhatə olunacaq. Jurnalın qiyməti 4 AZN (5 ABŞ dolları) təşkil edəcək.

"National Geographic" jurnalı Qafqazda ilk dəfə 2012-ci ildə Gürcüstanda dərc edilməyə başlanıb və artıq jurnalımızın yerli dillərdə dərc olunan 40-cı versiyası - "National Geographic Azərbaycan" sayəsində regionda daha çox təmsil olunacağımız üçün çox həyəcanlıyıq, - deyə T.B.Adamson bildirib. - "National Geographic" jurnalı planetimiz üçün həyati əhəmiyyət kəsb edən kritik məsələlərə zamanında toxunduğu üçün mükafatlar əldə etməyə davam edir və biz bu mühüm məsələlərlə əlaqədar materialları yerli dildə Azərbaycana bəxş etmək məqsədilə "Garant" Media Holding ilə əməkdaşlıq etdiyimiz üçün çox həyəcanlanırıq".

1888-ci ildən dərc olunan ingilisdilli "National Geographic" jurnalı hərtərəfli və aktual məqalələr, əfsanəvi fotoillüstrasiyalar və xəritələr vasitəsilə mədəniyyət, təbiət, elm və texnologiya sahələrini dərindən əhatə edir. Jurnal hər ay dünyanın 60 milyon oxucusu tərəfindən oxunur. Artıq jurnal ingilis dilindən əlavə, 40 yerli dildə dərc olunur. Azərbaycan versiyasından əvvəl 2013-cü ilin mart ayında jurnalın Ukrayna versiyası ilk dəfə işıq üzü görüb, həmin ilin iyul ayında isə Tayvan versiyasına Honkonq versiyası əlavə olunub.

İnsanları planetimizin qayğısına qalmağa təşviq etmək missiyasına sahib olan 126 yaşlı Milli Coğrafiya Cəmiyyəti dünyanın ən böyük qeyri-kommersiya elm və təhsil təşkilatlarından biridir. Üzvləri tərəfindən dəstəklənən, təşviq etmək, maarifləndirmək və öyrətmək üçün fəaliyyət göstərən cəmiyyət hər ay KİV platformaları, məhsul və tədbirləri vasitəsilə dünyada 600-dən artıq insana müraciət edir. Milli Coğrafiya Cəmiyyəti 11 mindən artıq tədqiqat, mühafizə və araşdırma layihəsini maliyyələşdirib və onun təhsil proqramları vasitəsilə coğrafi biliklər genişləndirilir.

Tarix
2014.09.01 / 19:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla