Yuxarı

Azərbaycana nazirlik etmək istəyən Çavuşoğlu kimdir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin yeni Xarici İşlər naziri, Azərbaycanda da yaxşı tanınan və ölkəmzi sevən şəxslər sırasında adı öndə çəkilən Mövlud Çavuşoğlunun siyasi karyerası bu gün hamının diqqət mərkəzindədir.

Beləliklə, kimdir Çavuşoğlu?

Mövlud Çavuşoğlu - 5 fevral 1968-ci ildə Antalyanın Alanya qəsəbəsində doğulub. Xüsusi təmayüllü H.Əmin Paşa liseyini fərqlənmə ilə tamamlayan Çavuşoğlu 1988-ci ildə Ankara Universitetinin Siyasi elmlər fakültəsinin Beynəlxalq Əlaqələr bölümünün məzunu olub.

Daha sonra assistentlik təqaüdü qazanaraq ABŞ-dakı İsland Universitetinə daxil olub. 1991-ci ildə iqtisadiyyat sahəsində elmi dərəcə alan Çavuşoğlu elə bu universitetdə də dərs deməyə başlayıb.

1993-ci ildə Ankara Universitetinin Avropa Birliyi Araşdırma və Tətbiqi Mərkəzində Avropa Birliyi mütəxəssisliyini tamamlayan Çavuşoğlu elə həmin il də Bilkənt Universitetində doktorantura pilləsində təhsilini davam etdirib. Ardından Avropa Birliyinin təqaüdünü qazanaraq London İqtisadiyyat ("London School of Economics") Universitetində Beynəlxalq İqtisadiyyat və Davamlı İnkişaf mövzusu üzrə doktorluq müdafiə edib. 1995-ci ildə Ekologiya Nazirliyində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (UNDP) çalışıb.

Çavuşoğlunun siyasi karyerasına AK Partiya ilə başlayıb, daha doğrusu, hazırda Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularındandır. 2002, 2007 və 2011-ci illərdəki parlament seçkilərində Antalyadan millət vəkili seçilib. Partiyada Xarici Əlaqələr üzrə koordinator olaraq çalışan Çavuşoğlu 2010-ci ildə Avropa Şurası Parlament Assembleyasının sədri seçilib.

23 yanvar 2012-ci ildə bu vəzifəni fransız siyasətçi Jan Kloud Miqnona təhvil verən Çavuşoğlu partiyanın Xarici Əlaqələr üzrə məsul başçısının müavini vəzifəsinə gətirilib. Bundan başqa, 2013-ci ildən Türkiyə-ABŞ Parlamentlərarası dostluq qrupunun sədri olub.

25 dekabr 2013-ci ildən Avropa Birliyi naziri vəzifəsinə gətirilən Mövlud Şavuşoğlu 29 avqust 2014-cü ildən Türkiyə Cümhuriyyətinin Xarici İşlər naziridir.

Xatırladaq ki, qardaş ölkənin XİN başçısı seçilən kimi Çavuşoğlunun ilk yaddaqalan sözlərindən biri də Azərbaycanın maraqlarını daim qoruyacağı, bir növ, bizim xarici ölkələrdə "nazirimiz" kimi çalışacağı barədə xoş mesajı oldu.

Tarix
2014.09.02 / 00:02
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla