Yuxarı

“İŞİD-in də dini islamdır, Talibanın da…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mübariz Qurbanlının təyinatından sonra Dini Komitənin işində canlanma açıqca müşahidə olunur".

Axar.az xəbər verir ki, bu sözləri bu gün "Hilton" hotelində "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda Avropa Şurasının keçirdiyi mübadilə görüşü ilə bağlı fikirlərini sosial şəbəkədə paylaşan Fazil Mustafa yazıb. Millət vəkili tədbiri ölkəmizin imici üçün çox faydalı hesab edib:

"Maraqlı çıxışlar oldu. Fikrimcə, bu problemə başqa bir rakursdan baxılmalıdır. Əslində, Avropa ilə İslam dünyası arasında əsas fərq cəmiyyətdə mədəniyyətlə dinin yerinin müəyyənləşməsi ilə bilinir. Avropa mədəniyyətinə dinin təsiri böyükdür, lakin burjua inqilablarından sonra din mədəniyyətin bir komponenti kimi məhdudlaşdırıldı və dini ehkamlar insan hürriyyətini çərçivəyə salma imkanını itirdi. Bu isə mədəniyyət anlayışının içinə elmin, sənətin və başqa elementlərin daxil olmasını təmin etdi.

İslam dünyası deyilən arealda isə din hər zaman mədəniyyətin çərçivəsini cızdı. Dinin təsdiqləmədiyi dəyərlər mədəniyyət kateqoriyasının içində yer almadı. Bu isə mədəniyyətin daha geniş açılımını əngəllədi. Əvvəllər moderniteyə qarşı eyni cür dirəniş göstərən Buddist Asiya da Yaponiyanın timsalında uğurlu bir sintez taparaq bu bunalımdan qurtula bildi.

Bu gün Çin də daxil olmaqla hansı ölkələr ki, Buddist təlimi Konfutsi fəlsəfəsiylə uzlaşdırıb bir mədəniyyətə çevirə bildilər, onlar dərhal uğur qazanmağa başladılar.

İslam dini ehkamlarla yanaşı, əslində, yeni bir mədəniyyət çağırışı ilə gəldi. Hz. Peyğəmbərlə başlayan, Rəşidi xəlifələri ilə davam edən, Osmanlıda zirvəyə qalxan bir İslam Mədəniyyəti hazırda ayrı-ayrı məcraya paralel axan, ancaq qovuşmayan çaylara bənzəyir. Abdulvahabın da, Xomeyninin də, Talibanın da, bin Ladenin də, İŞİD-in da dini İslamdır, ancaq bu İslamın bir mədəniyyət olduğunu söyləmək və ya bir Mədəniyyət olduğuna başqa bir arealın insanını inandırmaq haradasa imkansızdır. Yəni hər bir ölkənin, hər bir liderin, hər bir qrupun İslamı var, ancaq bu İslamın Mədəniyyətinin nədən ibarət olduğunu ayırd etmək olduqca mürəkkəb məsələdir. Məhz bu baxımdan Azərbaycan İslamla Modern Mədəniyyətin uzlaşdırılmasının mümkün olacağı ən uyğun və mümkün məkanlardan və cəmiyyətlərdən biridir. Əlbəttə, bu uzlaşmanın doğru və sabit modelini tapa bilsək...

Tarix
2014.09.02 / 01:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla