Yuxarı

Leyla Əliyeva: “Bakı ATƏT-dən imtina etməlidir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bütün hallarda işğal yolu pislənməlidir".

Bu sözləri Axar.az-a açıqlamasında Milli və Beynəlxalq Tədqiqatlar Mərkəzinin prezidenti, politoloq Leyla Əliyeva deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan Qarabağ münaqişəsinin həllinə beynəlxalq diqqəti artırmaq üçün ATƏT-dən imtina yolunu seçə bilər:

"İllərdir ki, ATƏT-in mexanizmi ancaq münaqişəninkonsensus əsasında həllinə imkanı verir. Bunun baş tutması üçün tərəflər məsələnin ya səmimi kompromis həllini, ya da ciddi təzyiq yolunu seçməli idilər. Problemin bu yolla həlli əsasən Rusiyanın əlindədir. ATƏT-in 20 illik fəaliyyəti sübut etdi ki, Minsk Qrupu bu məsələdə heç bir təsir imkanına malik deyil və bundan sonra da olmayacaq. Buna görə də hesab edirəm ki, Bakı ATƏT-dən imtina etməklə status-kvonu dəyişə bilər. Bakı ATƏT-dən imtina edərsə, bu zaman Ermənistanın Rusiya istəyinə yox deyə bilməyəcək.Ancaq özünə Türkiyəni və ya erməni təsirindən azad olan başqa bir dövləti vasitəçi kimi seçə bilər. Bax əsil məqam planın bu yerdə uğuruna nail olmaqdır. Belə olan təqdirdə Qarabağ münaqişəsinin həlli yolunda hansısa irəliləyiş əldə etməklə status-kvonu dəyişmək və danışıqlar prosesinin Rusiya və Türkiyənin həmsədrliyi ilə inkişafına nail olmaq olar. Çünki Fransanın vasitəçilik missiyası bitdikdə, bu yeri Türkiyə tutarsa, onda məsələnin həllində köklü dəyişikliklərə nail ola bilərik".

Leyla Əliyevanın fikrincə, Bakının Minsk Qrupundan imtinası istər-istəməz yeni formatın axtarışına və BMT-nin Azərbaycanın işğal olunmuş torpaqlarına dair 4 qətnaməsinin gündəmə gəlməsi üçün əlverişli şərait yaradacaq.

Tarix
2014.09.02 / 08:45
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

Ermənistanı bizə qarşı silahlandırırlar, gözləyə bilmərik!

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla