Yuxarı

Papa Fransisk türk furbolçusunu Romaya çağırdı – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 1-i "Dünya Sülh günü" ilə əlaqədar Romada futbol yarışı keçirilib.

Axar.az xəbər verir ki, katolik aləminin ruhani lideri Papa Fransiskin ideyası ilə "Sülh üçün dinlərarası matç" adı altında keçirilən yarışı argentinalı keçmiş futbolçu, "İnter" FK-nın başqan köməkçisi Xaviyer Zanetti təşkil edib.

Matçda dünya futbol tarixinə adını qızıl hərflərlə yazdıran argentinalı əfsanə futbolçu Dieqo Maradonadan, italyan Roberto Baccio, kolumbiyalı Karlos Valderrama, ukraynalı Andrey Şevçenko, türk futbolçusu Əmrə Bələzoğluna qədər 50 futbolçu forma geyinib.

Argentina Milli Komandasının baş məşqçisi Jerardo Martino matçda "PUPİ" komandasının, İngiltərə Primyer Liqa komandalarından "Arsenal"ın baş məşqçisi Fransız Arsen Venqer isə "Şolaz" komandasının baş məşqçisiliyini boynuna götürüb.

Matçı 6:3 hesabı ilə "PUPİ" komandası qazanıb. "PUPİ" komandasına gümüş rəngli "Zeytun ağacı" kuboku verilib.

Matçın qalibi olan "PUPİ" komandasında 31-ci dəqiqədə oyuna daxil olan Türkiyə milli futbolçusu Əmrə Bələzoğlu ilk yarının sonuna qədər forma geyinib. Argentinalı əfsanəvi futbolçu Dieqo Maradona isə 90 dəqiqə sahədə qalıb.

Qapı arxası tribunaların boş qaldığı yarışı təxminən 20 min adam izləyib. Tribunalarda müxtəlif millətlərin bayraqları diqqəti çəkib, xüsusən bir qrup fələstinlinin öz bayraqları ilə matçı izləməsi xüsusi marağa səbəb olub.

Xatırladaq ki, matçın təşkil olunması ideyasını verən Papa Fransisk özü müəyyən səbəblərdən stadiona gələ bilməyib.

Tarix
2014.09.02 / 10:54
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla