Yuxarı

Hansı düşmənlər İŞİD-ə qarşı birləşdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər bir-birinə qarşı düşmən mövqedə dayanan tərəflər bu gün "İslam Dövləti" terror təşkilatına qarşı müqavimət göstərmək üçün birlik nümayiş etdirir.

Axar.az həmin ölkələri təqdim edir.

ABŞ və İran

ABŞ və İran İŞİD terror təşkilatını məhv etmək üçün yetərli gücə sahib İraq hökumətinin yaradılması mövzusunda ortaq fikrə sahibdir.

ABŞ və Suriya

ABŞ və Bəşər Əsəd hakimiyyəti rejimin digər müxalif qruplara qarşı döyüşməsini daha prioritetli gördüyünə baxmayaraq, İŞİD-in Suriyada məhv edilməsi mövzusunda eyni fikirdədirlər.

İsrail və Misir

İsrail və Misir HƏMAS mövzusunda bir-birinə yaxınlıqları ilə seçilən ölkələrdir. Eyni şəkildə bu gün "İslam Dövləti"nə qarşı da bu iki ölkə eyni fikirdədir.

Suriya, PKK, Türkiyə və İraq

İllərdir bölgədəki PKK-nın güclənməsindən narahatlıq duyan Türkiyə və Suriya özləri üçün daha ciddi bir təhdid olan İŞİD-ə qarşı vuruşmaq üçün pəşmərgələrin gücləndirilməsi mövzusunda eyni düşüncədədir. İraq tərəfi isə bu mövzuya tam razılıq nümayiş etdirir.

İran, Səudiyyə Ərəbistanı və İraq

Səudiyyə Ərəbistanı İraqda sünniləri, İran isə şiələri dəstəklədi. Bu üç ölkə bu gün ortaq düşmənləri olan "İslam Dövləti"nə qarşı İraqda şiə hökumətinə yardım mövzusunda birlik göstərməyə razıdır.

ABŞ və əl-Qaidə

Bütün bu yaxınlıqların ən qəribəsi: "İslam Dövləti" həm əl-Qaidəni, həm də Qərbi təhdid edir və bu, yalnız bir şeyə işarədir. Əl-Qaidənin və ABŞ-ın ortaq bir düşməni var.

Tarix
2014.09.02 / 14:48
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla