Yuxarı

Region gəncləri üçün işıqlı gələcək - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 1-də Ağdaş şəhərində Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin "A" kateqoriyası üzrə qalibi olmuş "Region gəncləri ilə işıqlı gələcəyə" adlı layihənin növbəti mərhələsi həyata keçirilib.

Axar.az xəbər verir ki, layihəni "İşıqlı Gələcək" Gənclər İctimai Birliyi həyata keçirib.

Tədbiri Ağdaş rayonu Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov açıb. Layihədə 16-29 yaş arası 30-dan çox gənc iştirak edib. Layihənin həyata keçirilməsində əsas məqsəd bölgələrdə olan gənclərin liderlik və qrup işi bacarıqlarının artırılması, onlar arasında könüllülüyün təbliği və könüllü qrupların yaradılmasıdır. Bundan başqa layihə yazmağı və qrant müsabiqəsinə müraciət etməyin yolları barəsində onlara məlumat verilib. Layihə çərçivəsində mövzular əsasında gənclərlə qarşılıqlı müzakirələr həyata keçirilib, onların fikir və rəyləri öyrənilib. Həmçinin qrup işinin praktiki olaraq həyata keçirilməsi və layihə yazmaq bacarıqlarını əyani göstərmək üçün gənclər dörd komandaya bölünüb və hər biri ayrılıqda müxtəlif ideyaları layihə formasında hazırlayıblar. Daha sonra hər bir komanda öz layihəsinin təqdimatını keçirib. Buda öz növbəsində digər komandalar və təlimçilər tərəfindən qiymətləndirilib. Bundan əlavə təbliğatı daha da gücləndirmək məqsədilə çoxlu sayda maarifləndirici bukletlər paylanıb. Sonda Ağdaş şəhərində olan gənclər daha aktiv olmağa, öz liderlik bacarıqlarını artırmağa, könüllülüyü inkişaf etdirməyə və ən əsası region gənclərinin Bakıda keçiriləcək 2015 Avropa oyunlarına daxil olmuş Beynəlxalq Avarçəkmə Federasiyasına və Beynəlxalq Kanoe Federasiyasına üzv olunan AMAF müxtəlif beynəlxalq yarışlarda əməkdaşlıq yaratmağa və könüllü qrupların yaradılmasına çağırılıb.

Xatırladaq ki, "Region gəncləri ilə işıqlı gələcəyə" layihəsinin növbəti mərhələləri Ağcabədi və Goranboy rayonlarında həyata keçiriləcək.

Tarix
2014.09.02 / 15:52
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

İran-İsrail savaşının Bakıya təsiri... - Cəfərsoy

Tokayevin Paşinyana mühüm təklifi var - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla