Yuxarı

Elgiz Əkbərin oğurlanan övladı tapıldı – Video/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:02

Tanınmış teleaparıcı Elgiz Əkbərin oğurlanmış mənəvi övladı tapılıb.

Axar.az xəbər verir ki, Binəqədi rayonu ərazisində tapılan körpə hüquq-mühafizə orqanlarına təhvil verilib.

Qeyd edək ki, avqustun 13-də Sumqayıt şəhərində 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədova yaşadığı ərazidə 2 aylıq körpəsini tanımadığı bir qadına müvəqqəti saxlamağa vermişdi. Həmin qadin isə ananın atraksionlarda uşaqları gəzdirməsindən istifadə edərək, körpə ilə birgə aradan çıxmışdı.

Hüquq-mühafizə orqanlarının axtarışı nəticəsində 2 aylıq körpəni oğurlayan qadının görüntüləri əldə olunsa da, bu vaxta qədər körpə tapılmamışdı.

Xatırladaq ki, Aysel Əhmədova oğurlanan körpəsini dünyaya gətirmək üçün teleaparıcı Elgiz Əkbərin ANS kanalında yayımlana "Adam içində" verilişindən kömək istəyib. Verilişə çıxan qadın uşağını dünyaya gətirmək üçün doğum evindən pul istədiklərini deyib. O da maddi imkanı olmadığından bu verilişə müraciət edib. Həmin verilişin sayəsində qadına müəyyən maddi yardım göstərilib.

Məsələ ilə bağlı açıqlama verən Elgiz Əkbər uşağın oğurlanmasından sarsıntı keçirdiyini, körpəni mənəvi övladı hesab etdiyini, bir ata kimi olaydan şoka düşdüyünü bildirmişdi.

Hazırda körpəni oğurlayan qadının saxlanıldığı bildirilir.

Körpənin oğurlanması kadrlarını bir daha təqdim edirik:

***

Körpənin tapılması barədə xəbəri Sumqayıt Şəhər Polis İdarəsi Lent.az saytına təsdiqləyib. İdarədən bildirilib ki, Sumqayıt və Binəqədi polisinin keçirdiyi əməliyyat nəticəsində körpənin saxlanıldığı yer müəyyənləşib və uşağı oğurlayan qadın saxlanılıb.

Qadın polisə ilkin ifadəsində övladı olmadığı üçün uşağı qaçırdığını deyib.

Tarix
2014.09.03 / 02:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla