Yuxarı

“Toya gedirsən, musiqinin səsindən qulaqların tutulur”

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dəbdəbəli yas mırasimlərinin qadağan olunması ilə bağlı polemikalara deputat Adil Əliyev də qoşulub. Musavat.com xəbər verir ki, Milli Məclisin üzvü bu barədə Feysbukda yazıb. Adil Əliyev yas məclisləri ilə bağlı toylardakı israfçılığa da diqqət yönəldib. Deputatın statusunu təqdim edirik:

"Mən də Azərbaycanda yas mərasimlərində israfçılığa qarşıyam, illərdir bu haqda yazır və fikrimi bildirirəm. Yaslarda israfçılığa qarşı tədbirlər ilk olaraq Naxçıvanda tətbiq edildi və yeni qayda insanların rəğbətini qazandı. İndi Naxçıvanda yaslarda ancaq çay və qənd verilir, ən doğrusu da elə budur. Çünki yaxınını itirən şəxs belə ağır günündə mərasimə gələcək yüzlərlə insanın yeməyini, içməyini necə təmin edəcəyi və buna xərcləməli olacaq maliyyəni haradan tapacağı haqda fikirləşir. Yaslarımız israfçılıq məkanına çevrilib ki, bu dinimizə də ziddir. Bu baxımdan dövlətimizin, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bu sahədə qayqa-qanun yaratmaq səylərini dəstəkləyirəm.

Bununla paralel olaraq digər israfçılıq mənbəyinə çevrilən toylarımıza da əncam çəkməyin vaxtıdır. Təəssüf ki, yaslarımız kimi toylarımız da bəhsə-bəhs yarışına çevrilib. Toylarda ancaq imkanlı şəxslər və ailələr bahalı menyular sifariş etsəydilər, bəlkə də problem olmazdı. Deyərdik ki, özləri bilər, pulları çoxdur, nə istəyirlər onu da sifariş edə bilərlər. Halbuki, həddən artıq dəbdəbə də cəmiyyətdə xoş qarşılanmır. Problem ondadır ki, imkanlı şəxslərin hesabına israfçılığa öyrəşən və bunun müqabilində böyük pullar qazanan yas və toy şəbəkəsi kasıb və orta təbəqəni də müflis edərək israfçılığa sürükləyir. Ona görə də bizə elə qaydalar və tənzimləmə mexanizmi lazımdır ki, kasıb və orta təbəqə imkanlı şəxslərin girovuna çevrilməsin. İmkanlı şəxslər isə bu tənzimləmə mexanizmini əllərində rəhbər tutaraq kasıb və orta təbəqəni öz varidatları ilə qıcıqlandırmasınlar. Möhtərəm prezidentimiz İlham Əliyevin də siyasəti ona yönəlib ki, vətəndaşlar arasında ayrı-seçkilik olmasın, təvazökarlıq ön planda tutulsun.

Şadlıq sarayları istisnasız bütün toy sahiblərinə öz şərtlərini diqtə edir, nəticədə vətəndaş bahalı menyular sifariş etmək məcburiyyətində qalır. Adətən razılaşma belə olur ki, toy sahibi mərasim bitdikdən sonra məslicdə yığılan pulu şadlıq sarayının rəhbərliyinə çatdırmalıdır. Bəzən elə hallar olur ki, ev sahibi toyda gərəkən miqdarda pul toplaya bilmir. Şadlıq sarayının rəhbərliyinin isə tələb etdiyi pulun tamamını toplamayınca bəylə gəlini girov götürdükləri barədə xəbərlərə də rast gəlirik. Toylarda masa üzərinə qoyulan yeməklərin həcmi və çeşidi o qədər çox olur ki, onun 80 faizindən istifadə olunmur və sonra şadlıq saraylarının həmin istifadəsiz ərzaqdan necə istifadə etdiyi bilinmir. Toya gedirsən, musiqinin səsindən qulaqların tutulur, qohum və dostla kəlmə də kəsə bilmirsən. Ona görə də düşünürəm ki, toylarda da qayda-qanun yaratmağın vaxtı çatıb. Əgər bunu inzibati yollarla həll etmək mümkün deyilsə, hamı bir-birindən çəkinirsə, vətəndaş "yaxşı deyil" deyib başqalarıyla yarışmaq məcburiyyətində qalırsa, demək, məsələni qanun səviyyəsində tənzimləmək lazımdır. Bu, vətəndaşlarımızı həm israfçılıqdan, həm də borclanmadan qurtarar. Qanun layihəsində yas və toy mərasimlərinin təşkili qaydalarının konkret tənzimləmə mexanizmləri göstərilməlidir".

Tarix
2014.09.03 / 01:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla