Yuxarı

“Oazis”dəki dəhşətli dava təhlükəsizlik kameralarında anbaan – Şok video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir masada əyləşən 8 nəfər kişidən biri digər masada əyləşən xanım müştərilərə söz ataraq onları narahat etməyə başlayıb. Hadisə əslində buna görə baş verib".

Bu sözləri Axar.az-ın əməkdaşına "Oazis"də 3 nəfərin bıçaqlanması və xeyli sayda insanın xəsarət alması ilə nəticələnən qanlı savaş barədə danışan restoran sahibi hacı Mirtalib Miri oğlu dedi.

Qeyd edək ki, hazırda xəstəxanada müalicə olunan Zaur Əsgərov mediaya açıqlamasında hadisədə özünün və qonaqlarının zərərçəkən olduğunu bildirmişdi. Onun sözlərinə görə, övladının 3 yaşını qeyd etmək üçün "Oazis"də 15 nəfərlik yer götürübmüş, öz xanımı ilə rəqs edərkən mühafizəçilərdən biri ona həyat yoldaşının yaxasını bağlamasını məsləhət bilib. Dava da bununla başlayıb. Z.Əsgərovun sözlərinə görə, aşpazlar, ofisiantlar, hətta restoranın sahibi Mirtalib də onları döyüb.

"Oazis"in sahibi Mirtalib Miri oğlu isə bu ittihamları rədd edir:

"Restoranda xanım kollektivi var. Kimsə qardaşı və həyat yoldaşı olmadan restorana gəlibsə, o demək deyil ki, kimlərsə onları narahat edə bilər. Xanımlar tanımadığı şəxslərin onlara qarşı kobud davranması və onları narahat etməsi ilə bağlı restoranın mühafizəçilərinə məlumat veriblər. Restoranın işçiləri məsələni aydınlaşdırmaq istəyərkən olay daha da böyüyüb və kütləvi davaya çevrilib. Masadakı boşqablar və pəncərələr sınıb. İşçilərdən 3 nəfər xəsarət alıb".

Restoran sahibi mühafizəçilərin həmin şəxsə həyat yoldaşı ilə bağlı "get arvadına de, yaxasını bağlasın" məsələsinə də aydınlıq gətirdi:

"Necə fikirləşirsiz, kim kimə elə söz deyər? Heç olmasa, elə bir şey uydursunlar ki, inandırıcı olsun. Mühafizəçi onun özünə irad tutub ki, paltarınızı düymələsəniz yaxşı olar, qarnınız çöldə qalıb. Həmin vaxtı da dava düşməyib. Davanın düşməyinə səbəb bunların mütəmadi olaraq yan masadakı xanımları narahat etməsi olub. Ən dəhşətlisi isə odur ki, həmin şəxsin xanımı ərinin başqa xanımlara söz atmasına haqq qazandırırdı. Biz onun əri ilə söhbət edəndə arvadı qışqırırdı ki, ər mənimdir, özüm bilərəm, yaxşı edir xanımlara ilişir".

Restoran sahibi onu da dedi ki, elə dava da bu sözlərdən sonra baş verib. Biz həmin şəxsi sakitləşdirmişdik. O, içkili olduğu üçün nə danışdığını bilmirdi. Amma o, ofisiantı şapalaqladı, dava da ondan sonra düşdü. Videoda özünüz də görəcəksiniz ki, butulkaları işçilərimin başında necə sındırırlar, bıçağın arxası ilə dayanmadan yüzdən çox zərbə vurublar".

Restoran sahibi ona dəyən zərərdən də danışdı:

"Yüzlərlə qab-qacaq sındırılıb. Qadın mühafizəçilərimiz olmadığı üçün hadisə zamanı dalaşanların xanımlarını sakitləşdirə bilmirdik, onlar da hər yeri sındırıb dağıtdılar. Təsəvvür edin ki, işçilərimizdən birini hovuza tullamışdılar, buraları xaraba qoyub getdilər".

"Oazis"in sahibi bildirdi ki, dəyən zərərlə bağlı Binəqədi rayon məhkəməsinə müraciət edilib və zərərin ödənilməsi tələb olunur.

Restoran sahibi təhlükəsizlik kameralarının yaddaşında olan video-yazıları da sözlərinin təsdiqi kimi təqdim etdi.

P.S. "Oazis"də keçirilən tədbirin təhlükəsizlik kameralarında qeydə alınan tam – 3 saatlıq videosu redaksiyamızdadır. Biz sadəcə, əsas məqamları diqqətə çatdırırıq.

Tarix
2014.09.04 / 11:25
Müəllif
Tural Qurbanlı, İsmi Şahzadə
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla