Yuxarı

Putini çaya dəvət etmirlər

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Qərbin fəallaşdığını və təşəbbüsün onun əlinə keçdiyini görəndə hər dəfə döyüş bölgələrində təxribat törədir; Azərbaycan proseslərin yeni istiqamətinə hazır olmalıdır...

Əslində gücün hansı tərəfdə olması vizual effektlərdən də aydın olur. Əgər MDB-nin toplantısı da NATO-nun sammiti qədər diqqət çəksəydi, onda demək olardı ki, güclər təxminən bərabərdir.

Amma indi güc NATO-nun tərəfindədir. Onda bəs nədən Ukrayna prezidenti P.Poroşenkonu az qala iki günün qəhrəmanına çevirən Şimal Alyansı Rusiyaya qarşı qəti hərbi addımlar atmaqdan çəkinir? Güman edirik ki, cavab hamıya bəllidir - Rusiyaya qarşı savaş açmaq üçüncü dünya müharibəsini, özü də nüvə müharibəsini başlamaq demək olardı.

Deyilənə görə, bir dəfə A.Eynşteyndən üçüncü dünya müharibəsini necə təsəvvür etdiyini soruşublarmış. Eynşteyn deyibmiş ki, üçüncü dünya müharibəsini deyə bilmərəm, amma dördüncü dünya müharibəsində insanlar ox və yayla vuruşaqcaqlar...

Ona görə də NATO başqa yolla gedəcək. Bu yolda iqtisadi faktorlara daha çox diqqət yetiriləcək. Artıq indidən bunun əlamətləri göürünür. Amma məni ən çox dilxor edən Qərbin Ukraynaya ayırdığı vəsaitlərdir. Onlar bugünkü müharibə teatrı baxımından çox az, olduqca az görünür...

Ümumilikdə isə demək olar ki, Ukraynada konfliktin başlanması digər münaqişələrə, o cümlədən də Qarabağ münaqişəsinə diqqəti artırıb. Bunu dərk etmək üçün elə bir ağıl tələb olunur. Qarabağ münaqişəsinə diqqət artıb. Hiss olunur ki, Qərb artıq Rusiyaya inanmır. Bu gün üçün görünən budur ki, Qərb təşəbbüsü Rusiyanın əlindən almağa çalışır.

Fransa prezidenti də xüsusi fəalıq göstərir. Bu yaxınlarda onun Ermənistan və Azərbaycan prezidentlərini görüşdürəcəyi deyilir. Ona görə də Azərbaycan bu dönüşə, proseslərin yeni istiqamətinə hazır olmalıdır.

Ola bilsin ki, atəşkəs bu dəfə də pozulsun. Səbəbi budur ki, Rusiya Qərbin fəallaşdığını və təşəbbüsün onun əlinə keçdiyini görəndə döyüş bölgələrində təxribat törədir.

Ötən dəfə də Azərbaycan və Ermənistan prezidentlərinin Fransanın vasitəçiliyi ilə görüşəcəyi deyilirdi. Amma bir anın içində aləm biri-birinə qarışdı, atəşkəs pozuldu və prezidentlər V.Putinin təşəbbüsü ilə görüşdülər. Bu dəfə də belə ola bilər.

Məsələ bundadır ki, Rusiya dünya siyasətində Şimali Koreya kimi dövlətlərə çevrilmək ərəfəsindədir. Avropada heç kim V.Putini hətta bir stəkan çay içməyə dəvət etmir. Hazırda Qarabağ münaqişəsi Rusiyaya Qərbin diqqətini qaytarmaq iqtidarında olan yeganə vasitələrdən biridir. Amma bir daha deyirik ki, Qərb təşəbbüsü öz əlinə almaq istəyir.

C.Kerrinin və F.Olandın belə bir fikirdə olduğunu bir daha demək təkrarçılıq olardı. Burada əsas odur ki, Ermənistana qətiyyən etibar etmək olmaz. Əgər sabah Risiyadan bir siqnal gəlsə, bu dövlət heç nəyə, heç kimə fikir vermədən onun sifariş etdiyi musiqiyə oynamağa başlayacaq.

Bu, onların çoxdankı xasiyyətidir. Təəssüf ki, atəşkəs də elə bir şeydir ki, onun kim tərəfindən pozulduğunu müəyyən etmək heç də həmişə asan olmur. Bu, çox dolaşıq məsələdir. Ona görə də ehtiyatlı və tədbirli olmaq lazımdır ki, Ermənistanın atəşkəsi pozacağı təqdirdə itkilər çox olmasın.

Ermənistanın Qərbə bağlılığı bir fiksiyadır. On dənə Qərb ölkəsi gəlsə belə, onu Rusiyadan, Rusiyanın planlarından çəkindirə, ayıra bilməz. Qərbdə, çox güman ki, bunu bilirlər.

Sadəcə, güclü erməni lobbisi Qərbi bütün reallıqlara baxmadan Ermənistana da diqqət ayırmağa vadar edir. Qərbi Ermənistana bağlayan yeganə tel budur və bu tellər uzun illərdir ki, Qərbə Qarabağ münaqişəsində ədalətli mövqe tutmağa və həqiqəti dilə gətirməyə mane olur; ona görə ki, Qərbdə heç kim bu erməni əsilli seçicilərin səsini və maliyyə dəstəyini itirmək istəmir.

O ki qaldı Ukrayna məsələsinə, Rusiyanın Ukraynadan yaxın dövrdə əl çəkəcəyi elə də ehtimallı görünmür. Məsələ heç onda da deyil ki, Ukrayna federalaşşmadan həddindən çox ehtiyat edir. Əslində dünyanın ən güclü dövlətləri və o cümlədən də ABŞ federal dövlətdir.

Amma Rusiya özünün bu təhriki və planı ilə Ukraynanın özülünə uzun müddətli mina qoymağa hazırlaşır. Bəli, Rusiyaya Ukraynada elə bir siyasi "rıçaq" lazımdır ki, onun vasitəsilə bu dövlətin bütün addımlarını, xüsusən də Qərbə yönəlik siyasətini öz marağına cavab verə biləcək qədər nizamlaya və tənzimləyə bilsin.

Musavat.com

Tarix
2014.09.08 / 09:27
Müəllif
Hüseynbala Səlimov
Şərhlər
Digər xəbərlər

ABŞ Trampı seçərsə...

İlin belə bir günü də var...

Əfsanə başladı

Dördüncü Dünya müharibəsində...

Allah adamının cəhənnəmi

Qərb kommunizmi belə qurur

Azad adam

Neft erası bitir: Nə etməli?

İtirilmiş böyük şans

Bu peşə də ölür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla