Yuxarı

Nyu Yorka uçuş ucuzlaşdı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Nyu York-Bakı aviauçuşlar üzrə qiymətlər ucuzlaşdırılıb.

Azərbaycan Hava Yolları QSC-dən Axar.az-a verilən məlumat görə, AZAL Nyu York istiqamətində aviauçuşlar üzrə xüsusi aksiya keçirir.

Belə ki, Bakı-Nyu York-Bakı marşrutu üzrə biletin qiyməti 599 avroya endirilib. Nyu York-Bakı-Nyu York istiqamətində uçuşların qiyməti isə 799 ABŞ dolları təşkil edir. Aksiya sentyabrın 15-dən martın 28-dək davam edəcək. Bilet endirimi o müddət ərzində alınan biletlərə şamil edilir.

Qeyd edək ki, sentyabrın 24-dən Bakıdan Nyu Yorka birbaşa uçuş başlayır. Bakı-Nyu York-Bakı reysi üzrə ekonom-klass paketi gediş-gəliş biletinin qiyməti 997 manat, birtərəfli uçuş isə 630 manatdır. Eyni istiqamətə biznes klassda ikitərəfli uçuş biletinin qiyməti isə 3353 manatdır.

Xatırladaq ki, Nyu Yorka birbaşa uçuş təşkil edən bir çox aviaşirkətlərlə müqayisədə endirim qiymətləri olduqca aşağıdır. Böyük Britaniyanın "British Airways" şirkətinin London üzərindən eyni istiqamətdə ekonom klass paketi üzrə biletləri 822 manatdır. Digər avianəhənglər sayılan Almaniyanın "Lufthans" şirkəti Frankfurt üzərindən eyni istiqamətə 969 manata, Avstriyanın "Austrian Airlines" şirkəti isə Vyana üzərindən 961 manata biletlər təklif edir.

Tarix
2014.09.12 / 18:11
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla