Yuxarı

Rusiya-Azərbaycan sərhədində keçid məntəqəsi yandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilə Azərbaycan sərhədində güclü yanğın baş verib. Xaçmaz rayonu ilə həmsərhəd olan Dağıstanın Məhərrəmkənd sərhəd-keçid məntəqəsi yanıb.

ANS TV-nin məlumatına görə, keçid-məntəqəsinin bütün texniki avadanlıq və sənədlərlə birgə yandığı xəbər verilir. Rusiyanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə cəlb olunublar. Alovun qarşısını bir neçə saatdan sonra almaq mümkün olub. Alov Azərbaycan tərəfə keçməyib. Həmin keçid məntəqəsinin yaxınlığında yerləşən Xaçmaz rayon, Xanoba sərhəd-keçid məntəqəsinə heç bir ziyan dəyməyib.

Buna baxmayaraq bizim yanğınsöndürənlər hər ehtimala qarşı həmin əraziyə cəlb olunub. Həmin sərhəd-keçid məntəqəsində qarşı tərəfə keçən Azərbaycan vətəndaşları və əcnəbilər isə bundan sonra Samur və Şirvanovka buraxılış məntəqələrindən istifadə etməli olacaqlar.

Tarix
2014.09.15 / 01:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla