Yuxarı

Bəylə birlikdə 17 adam çayda boğuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Çənab çayında toydan evlərinə qayıdanları aparan gəmi suda çevrilərək batıb.

Axar.az "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, qəza nəticəsində aralarında bəyin də olduğu 17 adam ölüb, 18 adam xilas edilib, 8 adam isə itkin düşüb.

Bölgədən verilən məlumata görə Pəncab əyalətindəki Şər Şah bölgəsində təzə evlənən cütlük və yaxınları toy mərasimindən sonra evlərinə qayıtmaq üçün gəmi ilə Çənab çayını keçməyə çalışarkən gəmi güclü axıntı üzündən çevrilərək batıb.

Axtarış qrupunun rəhbəri Əli İmam Şah gəlinlə birlikdə 18 adamın xilas edildiyini, ancaq çaydan aralarında bəyin də olduğu 17 adamın cəsdinin çıxarıldığını söyləyib. 8 adamın itkin düşdüyünün təxmin edildiyini bildirən qrup rəhbəri dalğıcların itkin düşənləri axtardığını qeyd edib.

Bölgə polis rəisi Mian Tanvir verdiyi açıqlamada qəzaya gəmiyə həddindən artıq çox adamın minməsinin və həddindən çox yağış yağmasının səbəb olduğunu bildirib.

Xatırladaq ki, Pakistan Milli Fəlakət İdarə heyətinin açıqladığı hesabatda son 11 gündə sellərin basdığı 3.065 kənddə 2 milyondan çox adamın zərər çəkdiyi, 289 adamın da həlak olduğu qeyd edilib.

Tarix
2014.09.15 / 09:07
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla