Yuxarı

Ağcabədidə zəncirvari qəza: Ölənlər var/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:08

Ağcabədidə zəncirvari qəza baş verib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Ağcabədi rayonu, Qaravəlli kəndində vətəndaşlara məxsus "BMV", "MERSEDES" və "DAYVO" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "BMV" markalı minik avtomobilinin sahibi 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlardan istifadə etməklə E.Bəşirovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 23:24-də başa çatıb.

***

Ağcabədi rayonunun Qaravəlli kəndində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 7 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 14-də saat 22 radələrində Ağcabədi rayonunun Qaravəlli kəndində rayon sakinləri Teyyub Quliyevin idarə etdiyi "Mersedes", Nəbi Ağamalıyevin idarə etdiyi "Dayvo" və Elgün Bəbişovun idarə etdiyi "BMV" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində E.Bəbişov, N.Ağamalıyev və sərnişinlərindən - Bərdə rayon sakinləri Naibə Alıyeva və onun oğlu Fəqan hadisə yerində ölüb, N.Ağamalıyevin digər 5 sərnişini, habelə T.Quliyev və 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Tarix
2014.09.15 / 15:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla