Yuxarı

Putinin “güllələnməsi” Dumanı ayağa qaldırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının deputatı Mixail Markelov ("Vahid Rusiya") Rusiya Nəzarət Komissiyasından və Baş prokurorluqdan xahiş edib ki, Rusiyada "Avronyus" telekanalının verilişlərinin yayımlanması dayandırılsın.

Axar.az rus mediasına istinadən xəbər verir ki, deputatın xahişinə səbəb telekanalın efirində Ukrayna hərbçilərinin ölkə prezidenti Vladimir Putinin portretini güllələməsi süjetinin göstərilməsidir.

Deputatın sözlərinə görə, "Avronyus" kanalı ilə hər yarım saatdan bir yayımlanan süjet nifrət və düşmənçilik toxumu səpir, eləcə də nəinki təkcə Rusiya prezidentinin, İkinci Dünya savaşını yaşamış bütün rus xalqının ləyaqətini alçaldır. Qeyd edək ki, süjetdə Ukrayna silahlıları öz bazalarında hərbi təlim keçirlər və bu təlimlər zamanı Rusiya prezidentinin Adolf Hitlerin obrazında şəkilləndirilmiş portretini güllələyirlər.

"Bu, Avropanın apardığı ikili siyasətin növbəti sübutudur, məqsədi isə Avropanı Rusiya əleyhinə kökləməkdir. Ancaq Rusiya heç vaxt Ku-kluks-klan geyimində olan insanların Obamanın portretini təhqir etdikləri süjetdə Merkeli Yeva Braun şəklində göstərməzdi. Bu bizim milli liderimizə qarşı həqarət və hörmətsizlikdir və sivil, nəzakətli Avropanı heç də "gözəl" göstərmir", - deyə Markelov bildirib.

Deputat hesab edir ki, istintaq işi qaldırmaq üçün hər bir əsas var. O, həmçinin Rusiya Nəzarət Komissiyasına ölkə ərazisində Avropa telekanalının yayımının dayandırılmasını təklif edib.

Tarix
2014.09.15 / 10:21
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla