Yuxarı

Sevgilisinə görə ağlayan polis işdən çıxarıldı - Özəl/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunda qəribə hadisə baş verib.

Axar.az-ın əldə etdiyi məlumata görə, rayon polis şöbəsinin Vahid adlı polis serjantının ağlayan videosunun yayılması onu işsiz qoyub.

Belə ki, Yutub sosial şəbəkəsində polisin telefonda ağlayaraq danışdığı görüntülənib. Videoya baxanda gənc polisin sözlərindən belə nəticə hasil olur ki, sevdiyi qızla yolları ayrılır və bu vidalaşmada ona xoşbəxtlik arzulayaraq, kövrəlir, gözləri yaşla dolur.

Məlumata görə, polisin sevdiyindən ayrılmasına görə ağlamasının sosial şəbəkələrdə yayımlanması başına dərd açıb, onu işindən azad ediblər. Xəbərdə qeyd olunur ki, bu videonun özü, yoxsa başqaları tərəfindən yerləşdirildiyi məlum deyil. Ancaq görüntülər qabaqdan çəkilib və onun xəbəri olduğu hiss edilir.

Şabran Rayon Polis Şöbəsinin növbətçi hissəsindən Axar.az-a faktı təsdiqlədilər. Rayon Polis Şöbəsindən sözügedən polis serjantının işdən çıxarıldığını bildirdilər:

"Bununla bağlı əlavə məlumat verməyə ixtiyarımız yoxdur".

Mütəxəsislərin rəyinə görə, polis serjantının sevgilisi ilə telefonda danışması və ağlamasına görə işdən uzaqlaşdırılması heç də qanunsuzluq deyil. Çünki polis serjantının bu telefon danışığı uniformada (iş başında) olduğundan, daxili işlər orqanlarında nizamnamə pozuntusu kimi qiymətləndirilir.

Tarix
2014.09.15 / 12:07
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla