Yuxarı

İsrail əsgərlərindən şok məktub: “Bütün fələstinlilər düşmən deyil”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail əsgərləri ölkənin baş nazirinə maraqlı məktub göndəriblər.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail kəşfiyyatının ehtiyatda olan 43 əsgəri imzaladıqları məktubda fələstinlilərə qarşı insan haqlarının pozulmasında iştirak etmək istəmədiklərini açıqlayıblar.

Onlar məktubda fələstinlilər arasında heç bir fərqin qoyulmadığını bildiriblər:

"İsrailə qarşı hücumlar edən fələstinlilərlə günahı olmayanlar arasında fərq qoyulmur. Milyonlarla insanın hüquqlarını pozuruq. Vicdanımız bu sistemə xidmət etməyə imkan vermir. Biz 82-00 nömrəli bölmənin gerçək məqsədini anlayırıq. Özünü müdafiə bunun əsasını təşkil edə bilər, amma əsl məqsəd Fələstin əhalisini nəzarətdə saxlamaqdır. Bizim hücum etdiyimiz insanlar terrorçu deyillər. Onların bomba hücumları təşkil edən insanlara heç bir aidiyyatı yoxdur. Bütün fələstinlilər düşmən deyil. Amma bizim ordumuz son əməliyyatlarda hər bir fələstinli İsrailin düşməniymiş kimi hücum etdi".

İsrailin Strategiya Nazirliyi əsgərlərin MKİ-nin köhnə agenti Edvard Snoudendən təsirlindiklərini açıqlayıb.

Tarix
2014.09.15 / 13:27
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla