Yuxarı

Birinci xanım Bilik günü uşaqları sevindirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 15-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Səbail rayonundakı "Könül" körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Axar.az AzərTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə cari ilin aprelində Badamdar qəsəbəsindəki "Könül" körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərinə başlanılıb.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məlumat verildi ki, 1974-cü ildə tikilən 3 korpuslu bağçanın ümumi sahəsi 4 min kvadratmetrdir. 110 uşağın təlim-tərbiyə aldığı bağçanın həyətində ümumi sahəsi 600 kvadratmetr olan və 90 uşaq üçün nəzərdə tutulan ikimərtəbəli əlavə yeni korpus tikilib.

Bağçada təmir işləri yüksək səviyyədə həyata keçirilib, hər iki korpusda əlavə dizayn işləri görülüb. Birinci xanıma məlumat verildi ki, korpusların dam örtüyü, bütün otaqlar, musiqi və oyun zalları, tibb kabineti, mətbəx və yardımçı otaqlar tamamilə yenilənib. Divarları uşaqların çox sevdiyi nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilən otaqların hamısı Heydər Əliyev Fondunun hədiyyəsi olan zəruri inventarla, lazımi mebel dəstləri, soyuducular, televizorlar, uşaq oyuncaqları və digər avadanlıqla təchiz edilib. Korpuslarda ümummilli lider Heydər Əliyevin və Prezident ilham Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən fotostendlər quraşdırılıb. Heydər Əliyev Fondunun və onun prezidenti Mehriban Əliyevanın fəaliyyətinə ayrıca fotostend həsr olunub. Bağçanın giriş və dəhlizlərində müşahidə kameraları, bütün korpuslarda yanğından mühafizə sistemi quraşdırılıb, kommunikasiya xətləri yenilənib və yeni istilik sistemi qurulub. Balacaların gün ərzində keyfiyyətli qidalanması üçün də bağçada zəruri menyu tərtib olunub. Uşaqların istirahəti və əylənməsi üçün 4 kölgəlik, oyun meydançaları və idman qurğuları quraşdırılıb.

Mehriban Əliyevaya məlumat verildi ki, həyətdə uşaqlara yol hərəkəti qaydalarını öyrətmək üçün xüsusi meydança yaradılıb. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir edilən bağçada yaradılmış şərait uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmağa imkan verəcək.

Tarix
2014.09.15 / 16:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla