Yuxarı

Ərazi bütövlüyü Moldovada müzakirəyə çıxarılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 17-18-də Moldovanın paytaxtı Kişinyov şəhərində "Dövlətlərin ərazi bütövlüyü və insan hüquqlarının müdafiəsinin təmin olunması" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Axar.az-a açıqlama verən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnistitutunun direktoru Elman Nəsirovun sözlərinə görə, konfrans Moldova Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aureli Qriqoriunun təşəbbüsü ilə keçiriləcək:

"Paytaxt Kişinyovda keçiriləcək konfransda buraya qatılacaq dövlətlərin ərazi bütövlüyü və insan hüquqlarının müdafiəsi məsələlərinə toxunulacaq. Eyni zamanda, Azərbaycan əsas prioritet mövzu olaraq Dağlıq Qarabağ məsələsini, BMT-nin dörd qətnaməsinin indiyənədək icra olunmaması və işğal olunmuş ərazilərimizin boşaldılmaması, hüquqları pozulmuş yüzminlərlə soydaşımızın müdafiəsi məsələsini beynəlxalq diqqətə çatdıracaq".

Xatırladaq ki, konfransda Rumıniya, Türkiyə, Azərbaycan, Macarıstan, Latviya, Gürcüstan, Ukrayna və digər ölkələrin ombudsmanları, Avropa Parlamentinin deputatları, politoloqlar, diplomatlar, alimlər, QHT təmsilçiləri və b. iştirak edəcəklər.

Tarix
2014.09.15 / 21:51
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla