Yuxarı

Avropada yeni dövlət iddiası: İtaliya parçalanır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtalyanın şimalında avtonom bölgə olan Cənubi Tirol müstəqil olmaq istədiyini açıqlayıb.

Axar.az xəbər verir ki, Bölgənin İtaliyadan ayrılmasını müdafiə edən Azad Cənubi Tirol Partiyasının lideri Eva Klotz verdiyi açıqlamada bölgənin İtaliyaya aid olmadığını, bu ölkənin işğalçı olduğunu və buna görə azad olmaq haqlarının olduğunu bildirib.

O, ötən il keçirilən sorğu zamanı 60 min əhalinin 90 faizinin müstəqil olmaq istədiyinini qeyd edib:

"Birinci Dünya müharibəsindən sonra torpaqlarımız İtaliya tərəfindən işğal olundu. O zaman əhalinin 90 faizi alman, 1 faizi isə italyan dilində danışırdı. Bu gün isə xalqın 70 faizi alman dilində danışır. İtaliya hələ də muxtar vilayət olmağımıza baxmayaraq Cənubi Tirolluları assimilyasiya etməyə çalışır. Cənubi Tirol İtaliya deyil və əsla olmayacaq".

Xatırladaq ki, Avstriyanın Tirol əyaləti Birinci Dünya müharibəsindən sonra imzalanan razılaşmaya görə, ikiyə bölündü və bu gün Cənubi Tirol adlanan ərazi İtaliyaya verildi. İtaliyanın faşist lideri Mussolininin dövründə bölgədə yaşayan əhali zorla italyanlaşdırılırdı. Bu səbəbdən əraziyə minlərlə italyan köçürüldü, məktəblər və ictimai yerlərdə italyanca danışmaq tələb olundu.

Assimilyasiya siyasətinə qarşı aparılan uzun mübarizələr və qiyamlar nəticəsində bölgədə avtonom quruluş yaradıldı. Əhalisinin təxminən 70 faizi almanca danışan Cənubi Tirol 1992-ci ildən bəri muxtar bölgə kimi idarə olunur.

Tarix
2014.09.15 / 22:49
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla