Yuxarı

Dəhşətli qəzanın səbəbkarı tutuldu - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Şamaxı rayonu ərazisində baş verən dəhşətli qəzanın səbəbkarı barəsində həbs qətimkan tədbiri seçilib.

Axar.az xəbər verir ki, 2 nəfərin ölümü və bir neçə nəfərin yaralanması ilə nəticələnən qəzanı törədən Zaur Həmidov Şamaxı Rayon Məhkəməsinin qərarı ilə həbs olunub.

Xatırladaq ki, sentyabrın 11-də gecə saatlarında Bakı-Şamaxı yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində ağır avtomobil qəzası baş vermişdi.

Səməndər Qarayevin idarə etdiyi 10 CS 733 dövlət nömrə nişanlı Qazel mikroavtobusu ilə Zaur Həmidovun sürdüyü 10 FX 456 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobil bir-birinə çırpılıb. Nəticədə Qazeldə olan Gülnaz Əli qızı Bayramova və Murad Bəxtiyar oğlu Cixaidzi hadisə yerindəcə keçinib. Digər sərnişinlər isə yaralanıb.

Məlumata görə, qəzada ölənlər və yaralılar Şamaxının Mədrəsə kənd sakinləri olub. Onlar qonşu kənd olan Meysəri kəndindən yığıncaqdan gələn zaman qəza baş verib.

Tarix
2014.09.15 / 23:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla