Yuxarı

HƏMAS təkzib etdi: “Liderimiz qovulmayıb”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

HƏMAS təşkilatı Qətər hökumətinin təşkilatın nümayəndəsini ölkədən qovmasını təkzib edib.

Axar.az xəbər verir ki, təşkilatın sözçüsü Sami Əbu Zuhri Qətər hökumətinin HƏMAS Siyasi Bürosunun başçısı Xalid Meşalın ölkəni tərk etməsi ilə bağlı yayılan iddialara cavab verərək, bu məlumatların yalan olduğunu bildirib.

Əbu Zuhri yayılan məlumatların qərəzli olduğunu deyib:

"Qəzetlərdə yazılan məlumatlar əsassızdır. Qətərin belə bir tələbi olmayıb. Qətər hökuməti HƏMAS liderinin ölkəni tərk etməsini istəməyib".

Xatırladaq ki, Tunisdə fəaliyyət göstərən bir qəzet bugünkü sayında xüsusi qaynaqlardan aldığı xəbərə görə Qətər hökumətinin HƏMAS liderinə bu ölkəni tərk etməsi ilə bağlı xəbərdarlıq etdiyini açıqlayıb.

Qəzet Meşalın məhz bu səbəbdən Tunisə gəldiyini qeyd edib:

"Qətərdə yaşayan və ötən həftə Tunisə gələn HƏMAS lideri Xalid Meşal Qətər hökumətinin sərt tələbi ilə üzləşib. Bu ölkəni tərk etmək məcburiyyətində qalan lider Tunisə üz tutub".

Qəzet Qətərin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) başda olmaqla körfəz ölkələrinin təzyiqi nəticəsində bu addımı atdığını açıqlayıb.

Tarix
2014.09.15 / 23:43
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla