Yuxarı

Baş nazirdən şotlandlara: “Biz gedərik, təki siz qalın”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənın Baş naziri Devid Kemeron referendum ərəfəsində Şotlandiya xalqına müraciət edib.

Axar.az xəbər verir ki, Baş nazir xalqa "yox" deməyi tövsiyyə edib. Şotlandiyanın Aberdeen şəhərində təşkil olunan "Birlikdə daha yaxşıyıq" kampaniyasında çıxış edən Kemeron referendumun Birləşmiş Krallığı tamamilə dəyişəcəyi xəbərdarlığını edib:

"Referendum Birləşmiş Krallığı tamamilə dəyişdirə bilər. Üstəlik, bu, məlum Birləşmiş Krallığın sonu ola bilər. Cümə günü insanlar başqa bir ölkədə, dünyanın fərqli bir yerində fərqli bir gələcəklə qarşılaşa bilər. Bu, bizim milləti parçalaya və Şotlandiyanın Birləşmiş Krallığın parçalanmasının səbəbkarı edə bilər. Geri dönüş yoxdur. Biz bir ailəyik, bu ailəni ayırmayın".

Seçicilərin referendumda "bəli" dediyi təqdirdə çətinliklərlə üzləşəcəyini deyən Kemeron şotlandların gələcək nəsillərini də fikirləşmələrini xatırladıb:

"Ayrılsanız, Birləşmiş Krallığın təqaüdü olmayacaq. Olimpiadada birlikdə çıxış etməyəcəyik. Birləşmiş Krallığın pasportun daşımayacaqsınız. Bu evi birlikdə inşa etdik. Biz Şotlandiyanın böyüklüyü ilə Böyük Britaniya olduq. Bu bizim ölkəmizdir. Bizi həqiqətən böyük edən nədir, bilirsinizmi? İqtisadi və hərbi gücümüz deyil. Bizim Britaniya dəyərlərimizdir".

Baş nazir bütün vasitələrlə şotlandları ölkənin tərkibində qalmağa səsləyib:

"Biz başımızla, ürəyimizlə, ruhumuzla sizin qalmanızı istəyirik. Əgər məni sevmirsinizsə, mən burada sonsuza qədər qalmayacağam. Əgər hökuməti sevmirsinizsə, o da sonsuza qədər qalmayacaq. Bəli, dəyişməyə ehtiyacımız var və bunu təmin edəcəyik. Biz gedərik. Təki siz qalın".

Tarix
2014.09.16 / 00:45
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla