Yuxarı

İŞİD-in əsl hədəfi Türkiyədir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin nüfuzlu "Tayms" ("Times") qəzeti İŞİD-in əsl hədəfinin Türkiyə olduğunu bildirib.

Axar.az xəbər verir ki, məqalədə ingilis jurnalisti Devid Heynsin öldürülməsindən sonra terror təşkilatının bu hədəfinin ortaya çıxdığını qeyd olunub:

"Burada əsl hədəf Britaniya deyil, Türkiyədir. İyun ayında Türkiyənin Mosul Konsulluğunu ələ keçirən İŞİD-in əlində 49 türk girovu var. ABŞ və Britaniya müharibə üçün geniş bir koalisiya meydana gətirməyə çalışdığı bir vaxtda Suriya ilə böyük sərhədlərə malik olan və NATO -nun çox əhəmiyyətli bir bazasına sahib Türkiyənin koalisiyaya qoşulması İŞİD üçün fəlakət ola bilər. Buna görə də terrorçular jurnalisti öldürməklə əslində Türkiyəyə mesaj göndərdi ki, koalisiyaya qoşulsan, 49 girovunu da onların aqibəti gözləyir. Buna görə də Ərdoğan müharibəyə qoşulmaqda könülsüzdür".

Qəzetin şərhinə görə, Türkiyənin müharibəyə qoşulmaması terrorçulara əlavə stimul verir:

"Türkiyə yaradılan ittifaqın üzvləri arasında hücuma ən çox açıq olan və ən əhəmiyyətli məkandır. Xarici terrorçuların tranzit yol kimi istifadə etdiyi bu ölkə qapılarını bağlayarsa, İŞİD faktiki olaraq mühasirəyə düşər. Digər tərəfdən, Türkiyənin İraqla mal mübadiləsini 30 faiz azaltması İŞİD-in maliyyə qaynaqlarının iflası deməkdir".

Tarix
2014.09.16 / 01:10
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Qarabağla bağlı bu planımız noyabra qədər hazır olacaq

Japarov Füzuliyə getdi, Əliyev qarşıladı

Artıq kəndlər qayıdır, proses isə… - Metyu Brayza

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla