Yuxarı

Hollandlar Rusiya ilə pomidor döyüşünə başladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandlar Rusiya embarqosuna "pomidor döyüşü" ilə etiraz edib.

Axar.az xəbər verir ki, Rusiyanın Avropa Birliyi ölkələrindən idxal edilən məhsullara qoyduğu embarqo Hollandiyada etirazlara səbəb olub. Rusiyaya ixrac edilməli olan məhsulun əllərində qalaraq xarab olması təsərrüfatçılara mənfi təsir edib.

Amsterdamın məşhur Dam Meydanında bir araya gələn 2 mindən çox istehsalçının sata bilmədiyi təxminən 200 min pomidoru etiraz məqsədilə bir birlərinə atıblar. İspaniyanın Bunol qəsəbəsindəki ənənəvi "pomidor döyüşü"ndən ilhamlanaraq həyata keçirilən etiraz aksiyasına hollandiyalılarla yanaşı çoxlu turist də qatılıb. Etiraz məqsədilə bələdiyyədən xüsusi icazə alınıb və bunun üçün Dam Meydanında yer də ayrılıb. Etiraza qoşulmaq istəməyənlərin narahat olmaması üçün "pomidor döyüşü" gedən yer örtülüb. Aksiyada iştirak etmək isə 15 avroya başa gəlib.

1 saat davam edən aksiya bitdikdən sonra ərazini aksiyaya qoşulanlar özləri təmizləyib. İştirak edənlərin giriş üçün ödədiyi vəsait isə yığılaraq embarqodan zərər görmüş istehsalçılara verilib. Təxmini hesablamalara görə, Rusiyanın Avropa ölkələrinə qarşı embarqosu nəticəsində Hollandiya 2 milyard avroya yaxın zərər görəcək.

Tarix
2014.09.16 / 02:10
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla