Yuxarı

Proses başladı: Moskva Bakının etimadını qazanmaq istəyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan yenidən Rusiyaya meyllənməyə başlayıb".

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Baş nazirin müavini Yaqub Eyyubovun Rusiya ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib. O, Moskvanın yenidən Bakı ilə münasibətlərini istiləşdirməyə çalışdığını bildirib:

"Mənim zənnimcə, Azərbaycan yenidən Rusiyaya meyllənməyə başlayıb. Düzdür, yayın əvvəllərində Rusiya ilə münasibətlərdə xeyli inkşaf yaşandı və hətta Qarabağın həlli ilə bağlı nikbin fikirlər səsləndirildi. Amma avqustun əvvəllərində münasibətlərdə nisbətən soyuqlaşma müşahidə olundu. Azərbaycanın Uelsdə NATO sammitində iştirakı və müəyyən məsələlərə fikir bildirməsi bu soyuqlaşmanı bir az da dərinləşdirdi. Amma Rusiyada belə bir fikir mövcuddur ki, Ukrayna məsələsində Moskva onsuz da qalib gələ bilməyəcək və bu yaranmış boşluğu yalnız Azərbaycan doldura bilər. Yəni Azərbaycanı öz tərəfinə çəkməklə Avrasiya və Gömrük İttifaqını müəyyən bir formaya sala bilər. Bu nöqteyi-nəzərdən Rusiya ilə yaxınlaşma istiqamətində ciddi addımlar atılmağa başlayıb. Roqozinin Azərbaycana hər gəlişi silah satışı istiqamətində böyük müqavilələrin imzalanmasına gətirib çıxarır. Demək ki, Azərbaycanla Rusiya arasında yenidən həlimləşmə prosesi gedir ki, məncə, bu dəfə onun qarşısını almaq mümkün olmayacaq. Əgər bizim üçün vacib olan Qarabağ konflikti həll edilsə, o zaman Moskva da Bakıdan istədiyini ala bilər".

Qeyd edək ki, Virtualaz.org saytının yaydığı məlumata görə, Baş nazirin müavini Yaqub Eyyubovun Avropa İttifaqının sanksiyalarla Rusiyanın sındıra bilməyəcəyini, əksinə, onu daha da möhkəmləndirəcəyini və Moskvanın heç vaxt diz çökməyəcəyini demişdi.

Tarix
2014.09.16 / 15:29
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla