Yuxarı

Qazax adamyeyənin cinayətinin şok təfərrüatı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan polisi 24 ildən sonra Aktobe şəhərində qətlə yetirilmiş xanım tələbənin ölüm hadisəsinin üstünü açıb.

Axar.az-ın Tengrinews.kz-yə istinadən verdiyi xəbərə görə, illərlə aparılan araşdırmalar nəticəsində hüquq mühafizə orqanı əməkdaşları müəyyənləşdirib ki, həmin şəxs hazırda Alma-Atıdakı Aktas psixiatriya xəstəxanasında saxlanılan "Dəmir diş" ləqəbli məşhur qazax hannibalı Nikolay Cumqaliyevdir.

İstintaq materiallarına əsasən, gənc tələbəni öncə qətlə yetirən Cumqaliyev sonra gözünü qırpmadan onun bədənin bir hissəsini yeyib. Qeyd edilib ki, 1990-cı ildə baş vermiş bu cinayət işinin dəqiq araşdırlması üçün müstəntiqlər manyakın qaldığı palataya xüsusi mühafizənin müşayiəti ilə daxil ola biliblər.

Hadisəyə gəlincə, müəyyənləşib ki, hannibal öz şikarını gənc tələbə pəncərə önündə libasını dəyişərkən hədəfə alıb. Evin içərisinə daxil olmağı bacaran Cumqaliyev əlindəki bıçaqla xanım tələbəni qətlə yetirib, sonra cansız bədəni hissələrə bölüb və müəyyən parçaları özü ilə aparıb. Hüquq mühafizə orqanı əməkdaşları Cumqaliyevin izinə onun şıkarlarında saxladığı xarakterik qətl maneraları ilə düşə biliblər. Onun qurbanlarının sayı 10 nəfər olub.

Cumqaliyev silsilə qətlləri 1979 -1991-ci illər ərzində Qazaxıstan və Rusiya ərazisində həyata keçirib. Bundan başqa, müalicə aldığı illərdə məşhur hannibal bir neçə dəfə intihara cəhd edib. Hətta dəfələrlə Qazaxıstanın müvafiq dövlət qurumlarına məktub yazaraq ona qarşı ölüm hökmünün çıxarılmasını istəyib. Hazırda onun xəstəxanadan buraxılması məsələsində qazax həkimləri iki cinaha bölünüblər. Bəziləri Cumqaliyevin artıq təlükəsiz şəxs olduğunu bildirsə də, digər kəsim əvvəlki möqelərində qalır və hesab edirlər ki, adamı yemək onun qanında, ruhundadır.

Tarix
2014.09.18 / 23:42
Müəllif
Telman Məmmədli
Şərhlər
Digər xəbərlər

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla