Yuxarı

Qurbanov: "Sadıqovun oyununda eniş var"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məncə, bu oyunda qol çatışmadı. Müdafiədə oynamağımızdan daha çox razı qaldım". Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Bu gün Avroliqanın F qrupunda "Qarabağ" "Sent-Etyen"lə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

Oyundan sonra keçirilən mətbuat konfransında Qurbanov bunları deyib: "Çalışacağıq ki, hər oyunda yaxşı çıxış edək. Azarkeşlərimizə "çox sağ olun" deyirəm. Belə azarkeş olanda millətimizin birliyi hiss olunur. Böyük bayrağımızın stadionda əllərdə gəzdirilməsi yaxşı görüntü idi. Rəqib əks-hücumları daha çox mərkəzdən başlayırdı. Reynaldo daha çox müdafiədə də bizə kömək edirdi".

Qurbanov futbolçularından razı qaldığını bildirib: "Hər bir qazandığımız xal bizim xeyrimizədir. Oyundan əvvəl də demişdim ki, əsas yaxşı oyun göstərməkdir. Belə davam etsək, 3 xal da gələcək. 1 xala da şükür etməliyik. Amma bu 1 xalı da çox şişirtmək lazım deyil. Komandanın oyunundan və ayrılıqda futbolçuların hər birindən razı qaldım. Fransa klubu ilə oynamamışdıq. İndi onların da nəyə qadir olduğunu öyrəndik. Mən bu rəqibi ciddiyə alırdım. Komandanın müdafiəsini daha irəlidən qurmağı tapşırmışdım. Mənim üçün çox vacib idi ki, top itirən zaman müdafiə oluna bilək. Rəşad Sadıqovun oyununda eniş var. Amma onun tədricən öz formasını qaytara biləcəyini düşünürəm".

Qurbanov Kristof Qaltyenin onları tərifləməsinə də münasibət bildirməyi unutmayıb: "Həmkarımın bizə dair xoş sözlərinə görə təşəkkürümü bildirirəm. Biz pillə-pillə irəliləyirik. Oyundan oyuna çalışırıq ki, işimizi daha düzgün qurub nöqsanları aradan qaldıraq. Həmişə bu yöndə inamla mübarizə aparırıq. Vüqar Nadirovun oyunundan razı qaldım. Onun 2 dəfə mövqeyini dəyişdirdim. Əvvəl hücumda, daha sonra yarımmüdafiənin sağında oynatdım. Düşünürəm ki, Çumbinyonun zədəsi ciddidir. Müayinədən sonra bunu dəqiq biləcəyik. Muarem Muaremin zədəsi isə o qədər də ciddi deyil. Maksim Medvedevin oyunundan da razı qaldım".

Tarix
2014.09.19 / 01:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla