Yuxarı

Viktor Yanukoviçin ölüm xəbəri yayıldı - Şok

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Kommunist Partiyasının sədri Pyotr Simonenko gözlənilmədən sabiq prezident Viktor Yanukoviçin dünyasını dəyişdiyini deyib.

Axar.az Politica-ua.com-a istinadən xəbər verir ki, kommunistlərin lideri belə tələskənliyə Kiyevdə keçirdiyi mətbuat konfransında yol verib. Keçmiş dövlət başçısına yaxınlığı ilə seçilən Simonenko çıxışı zamanı ali qanunverici orqana seçkilərdən sonra da Ukrayna parlamentinin fəaliyyətində hər hansı dəyişikliyin olacağına şübhə ilə yanaşıb:

"Hansı yenilikdən bəhs edirsiniz? Yenə köhnə klounlar meydan sulayacaqlar".

Qeyd edək ki, Simonenkonun Yanukoviçin çoxdan ölməsi ilə bağlı fikirləri məhz yuxarıdakı ifadələrdən sonra səslənib:

"Nə danışırsınız, yeni prezident də seçdiniz, hansı problem həllini tapdı? Donbas komandasının əvəzinə Vinnisa klanı gəldi. Parlamentdə bir prezidentin oğlu vardı, indi də o birisinki gəlir. Amma bunların fonunda nədənsə heç kim baş alan nöqsanlara münasibət bildirmək istəmir. Biz öləni hədəfə alırıq, yeni prezident barədə isə söz deməkdən çəkinirik".

Simonenko sonucu sözlərinə yeni istiqamət verməyə çalışsa da, "ölən" ifadəsi zaldakılarda əsl şok effekti yaradıb.

Məsələyə münasibət bildirən bəzi ekspertlər hesab edib ki, əgər Ukraynanın sabiq prezidentlərinin hər biri – Kravçuk, Kuçma və Yuşşenko sağdırsa, belə olan təqdirdə ölən dövlət başçısı kimi yalnız Viktor Yanukoviçin üzərində dayanmaq olar.

Tarix
2014.09.19 / 13:25
Müəllif
Telman Məmmədli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla