Yuxarı

Bakıda yol terroru: 47 yaşlı kişi yerindəcə öldü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.

APA-nın məlumatna görə, hadisə Sabunçu-Zabrat yolunda baş verib.

Həsənov Ələmdar Lətif oğlu idarə etdi "50 CR 244" dövlət nömrə nişanlı "Mercedes" markalı avtomaşınla Bakı şəhər sakini 1967-ci il təvəllüdlü Lətifov Orduxan Murad oğlunu vurub.

Piyada aldığını bədən xəsarətlərindən elə hadisə yerindəcə keçinib. Hadisə yerinə Dövlət Yol Polisinin Sabunçu Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, qəzaya yolun işıqlı olmaması və yüksək sürət səbəb olub.

Hadisə ilə bağlı danışan Zabrat sakinlərinin sözlərinə görə, bu yolda tez-tez qəzalar baş verir. Səbəb isə yolun işıqlandırılmaması və lazımı yerlərdə piyada keçidi ilə bərabər işıqforlarının quraşdırılmamasıdır.

Bədbəxt hadisənin qurbanı olan 47 yaşlı Orduxan Lətifovun cəsədi ətrafdakıların köməyi ilə maşına qoyularaq Sabunçu rayon morquna aparılıb. Hadisəni törətmiş "Mercedes"in sürücüsü Ələmdar Həsənov isə saxlanılaraq polis idarəsinə aparılıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Tarix
2014.09.20 / 01:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla