Yuxarı

Ərdoğanın İŞİD marağı

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Doğrusu, İŞİD ilə AKP arasında bəzi bağların ola biləcəyini həmişə düşünmüşdüm, lakin buna heç vaxt tam əmin olmamışdım.

Bununla belə, 21 sentyabrda 49 türk girovunun sərbəst buraxılması ağıla yeni sual gətirdi.

İndi bəzi faktlardan danışaq. Əl-Qaidənin İraq ordusunun başçısı Zərkavi vardı, lakin 2006-ci ildə o öldülrüldükdən sonra yerinə Dardiri təyin olundu. O da 2010-cu ildə ABŞ tərəfindən qətlə yetirildi. Əbubəkr Əl-Bağdadi məhz bundan sonra təyin olunmuşdu, amma gizlənirdi.

2013-cü ilin aprel ayında Əl-Bağdadi təşkilatın adını "Şam və İraqın İslam Dövləti" kimi dəyişərək, İraq və Suriya mücahidlərinin birləşdiyini elan etdi. Amma həm əl-Nüsra cəbhəsi, həm də Ayman əl-Zəvahirin özü bu birləşməni rədd etdi.

Əl-Bağdadi ona tabe olmayan bütün islamçı qrupları təkfir etdi. Əz-Zurda Suriya müxalifəti ilə apardığı döyüşü uduzduqdan sonra tədricən İraqa geri çəkildi.

Əl-Qaidənin indiki lideri Zəvahiri İŞİD-in başına keçən Bağdadi üzərində nəzarətini itirib. Zatən Xilafətin elanı ilə Bağdadi əl-Zəvahirinin tabeçiliyindən rəsmən çıxdı…

Əslində, Ərdoğan və AKP hökumətinin İŞİD-ə birbaşa yardım göstərdiyinə dair heç bir sübut yoxdur. Lakin Ərdoğanın əl-Nüsra cəbhəsinə yardım göstərdiyi dəqiqdir; əl-Nüsranın arasında türklər döyüşdüyü kimi, MİT-in adamları da var. Habelə, Türkiyə üzərindən, Qatarın maliyə yardımı ilə, Suriyadakı cihatçılara silah yardımı gedirdi və bu da Azad Süriyə Ordusuna yox, məhz əl-Nüsraya ünvanlanırdı. Məsələn, Adanada yoxlanılan və içində silah tapılan 2 TİR Ərdoğanın iddiasının əksinə türkmanlara yox, əl-Nüsra cihadçılarına gedirdi. Həmin TIR-larda minomyotlar və raketlər vardı, halbuki yazıq türkmanlarda indiyə kimi Kalaşnikov avtomatından başqa silah yoxdur.

Bununla belə, qeyd etməliyik ki, ideoloji cəhətdən əl-Nüsra ilə İŞİD bir-birinə çox yaxındır, digər tərəfdən, xeyli əl-Nüsra döyüşçüsü İŞİD-in səflərinə qatılmışdır. Strateji olaraq İŞİD-in yaradılmasında əgər MİT rol oynayıbsa, buna görə onları təbrik etmək lazımdır. İŞİD Türkiyəyə lazım ola bilərdi; xüsusilə İraqdakı Kürdistanı məhv etmək və Suriyanın şimalında PKK-nın qanadı olan PYD-nin nəzarətinə son qoymaq məqsədi ilə Türkiyə İŞİD-i güçləndirmiş, ya da ona dəstək vermiş ola bilərdi. Lakin Türkiyənin İraq Kürdistanı ilə neft məsələlərində razılaşmalara getməsi belə bir sual doğurur: Türkiyə İŞİD-in əli ilə bunları silmək istəyirsə, niyə kürdlərlə neft razılaşmaları əldə edib, boru inşaatına başlasın?

Cavabında deyə bilərsiniz ki, əsas məsələ borunu tikməkdir; gələcəkdə o biri başında Əli olsun, ya Vəli, o qədər də vacib deyildir. Unutmamalıyıq ki, "Nyu York Tayms" qəzeti də Ərdoğanın üzünə dirəndi ki, siz İŞİD-dən neft alırsınız.

Bir ara İŞİD-in ABŞ tərəfindən yaradıldığına dair şayiələr gəzirdi. Həqiqətən də ABŞ bunlara müdaxilə etmir, rəhbərlərini pilotsuz təyyarələrlə vurmurdu. Sanki görməzlikdən gəlirdi. Əslində, ABŞ bunları görürdü, sadəcə, İŞİD-in müsəlman dünyasını necə dağıdacağını gözləməklə məşğul idi - ta İŞİD Kürdistan üçün təhlükə yaradana qədər.

Kürdistanın bərqərar olması Qərbin planları daxilindədir, hardan çıxdığı bəlli olmayan, onun-bunun maşası olan İŞİD-ə bu imkan verilə bilməzdi.

İŞİD-i Türkiyə yarada bilməzdi. Türkiyədə bunun üçün lazımi güc, personal, taktiki imkanlar yoxdur. Lakin yaranmış bir hərəkətdən Türkiyənin faydalanmaq istəməsi çox təbii bir haldır. PKK və PYD-yə qarşı İŞİD-dən istifadə etmənin riskləri ilə bərabər dividendləri də mövcuddur. Türk girovlarının buraxılması, əslində Ərdoğan hökumətinin bir planı da ola bilər.

Hazırda Türkiyə ictimiayyəti Anti-İŞİD koalisiyasına Türkiyənin niyə qoşulmadığını artıq bəyənir və dəstəkləyir. Bundan sonra da centilmencə davranış kimi, İŞİD-ə minnətdarlıq (!) əlaməti kimi, Türkiyənin koalisiyaya qoşulacağını gözləmək səhvdir. Düzdür, girovların qaçırılması özü qanunsuz və barbarca bir əməl idi, lakin İŞİD tərəfindən başı kəsilən 2 jurnalistdən sonra 49 türkün geri qaytarılması sensasiya kimi qarşılandı.
Əslində, əsl maraq doğuran İŞİD-in bundan sonrakı talehidir. AKP hökuməti İŞİD-in tamamilə dağıdılmayacağına hesabını qurub. Bu belə ola biləcəyi kimi, belə olmaya da bilər. İŞİD-in daha nə qədər yaşayacağına qərar verən dövlət ABŞ olacaqdır. Və bu məsələdə də AKP və CİA-nin hesabları böyük ehtimalla üst-üstə düşməyəcəkdir.

İşin daha acınacaqlı tərəfi də ola bilər: ərəb – kürd – İŞİD qarşıdurması ərəblərin ümumi zəyifləməsi, kürdlərin isə güclənməsi ilə nəticələnə bilər.

Lakin Türkiyə, hələ ki, sadəcə gözləmə mövqeyini seçib.

Tarix
2014.09.22 / 08:45
Müəllif
Fərhad Mehdiyev
Şərhlər
Digər xəbərlər

Zəngəzur yolu dəhlizdir? “Dəhliz” nə deməkdir?

Siz nə edirsiniz: KM səhvi sizin xeyrinizədir, axı…

Kredit borcu: hansı halda həbs ola bilər?

ABŞ elə raketlə hücum etdi ki, Rusiya... - Trampdan əmr

Qarabağa müstəqillik verilərsə, nələr olar?..

Avropada millətçilik niyə artır?

Onlar bizi doğmalarımızla cəzalandıracaq…

Vətənin yanındasan, ya düşmənin?

Ölüm cəzası bərpa edilməlidirmi?

Qərbin Ukrayna arzusu – Kəniz!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla