Yuxarı

Maniakal-depressiv psixoz diaqnozlu dahi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Layihə: Dəli dahilər

Divanəlik və istedad arasındakı bağlılıqdan çox danışılıb. Biz onları təkrarlamaq istəmirik. Ancaq istedadlı divanələr tamamilə ağıllı bəşərəiyyətə çox böyük, həm də olduqca pozitiv təsir göstərirlər.

Dünya fikir tarixinə nəinki təkcə gözəl ədəbi əsərlər, həm də dahiyanə yaradıcılıq tapıntıları bəxş etmiş bu şəxsiyyətlərin bədii örnəklərini psixi baxımdan tamamilə sağlam, lakin o qədər də istedadlı olmayan qələm sahibləri az və ya çox uğurla təxmis etmiş, onlara bənzəməyə çalışmışlar. Bu ənənə dünya durduqca beləcə də davam edəcək.

Axar.az belə yazarların xəstəlik tarixçəsini və bəşəriyyətə bəxş etdikləri dəyərləri silsillə şəklində oxucularına təqdim edir.

Sergey Aleksandroviç Yesenin (1895-1925) – XX əsrin əvvəllərində yazıb-yaratmış rus şairi. Adı həmin dövrün ən böyük şairləri – Blok, Mayakovski, Bryusovla bir sırada çəkilən Yesenin ən lirik rus şairlərindən hesab olunur. O, 1924-1925-ci illərdə bir müddət Bakıda olub, yaradıcılığının ən məhsuldar dövrünü də demək olar ki, Bakıda yaşayıb.

Sergey Yesenin 20 iyun 1924-ci ildə qələmə aldığı tərcümeyi-halında yazır:

"Mən 1895-ci il sentyabrın 21-də (yeni tarixlə oktyabrın 3-də) Ryazan qəzası və Ryazan quberniyasının Kuzmino vilayətinin Konstantinovo kəndində anadan olmuşam. Atam – kəndli Aleksandr Nikitiç Yesenin, anam isə Tatyana Fyodorovnadır".

Diaqnoz. Maniakal-depressiv psixoz.

Simptomlar: İzlənmə qorxusu, qəfil oyanan coşqunluq, qeyri-adekvat davranış (şair camaatın içində mebelləri vurub dağıdır, ayna və qab-qacağı sındırır, təhqiredici sözlər söyləyirdi).

Anatoli Marienqof öz xatirələrindən birində Yeseninin qəribəliklərindən bəzilərini belə təsvir edib:

"Mənim mənzilimdə divarda böyük qırmızı və sarı gülləri olan Ukrayna xalçası var. Bir dəfə Yesenin baxışlarını ona zilləyib dayanmışdı. Məşum dəqiqələr bir-birini izləyirdi. Yeseninin bəbəkləri qüzehli qişanı yeyib dağıdaraq qorxunc şəkildə oynayırdı. Göz ağı qanla dolmuşdu. Bəbəklərinin qara nöqtəsi isə dəhşətli, qorxunc dəlilik saçırdı. Yesenin kreslodan qalxdı, salfeti xışmalayıb mənə verdi və xırıltılı səslə qulağıma dedi:

- Onların burunlarını sil!

- Seryoja, bu ki xalçadır, bunlar isə çiçəklər.

Qara nöqtələr nifrətlə doldu:

- А!.. Qorxursan!..

O, boş şüşə qabı götürüb qışqırmağa başladı

- Xıncım-xıncım edəcəm, bütün qandır, burunları qandır...

Mən salfeti götürüb xalçanın üzərində gəzdirməyə başladım – qırmızı və sarı sifətlərdəki "xəyali" burunları sildim. Yesenin xırıldayırdı. Qəlbim buz kimi olmuşdu. ("Yalansız roman").

Xəstəlik tarixi. Bir qayda olaraq, spirtli içkilərin ifrat qəbulundan dolayı tez-tez təkrarlanan tutmalar səbəbindən Yesenin bir neçə dəfə Fransa və Rusiyanın psixi-nevroloji klinikalarında müalicə alır. Təəssüf ki, müalicənin pasientə heç bir xeyri olmur. Professor Qannuşkinin klinikasından çıxandan bir ay sonra Yesenin Leninqradın (Sankt-Peterburq) "Anqleter" otelində özünü istilik borusundan asaraq intihar edir (son vaxtlar aparılan araşdırmalar isə şairin qətlə yetirildiyini isbatlayır – red.).

Bəşəriyyətə bəxş etdiyi ideyalar. Poeziyada yeni intonasiya. Yesenin göz yaşı və hıçqırıqları, kəndə və kənd adamına məhəbbəti poetik normaya çevirdi. Dələduz şəhər romansı janrında çox işləyən Yesenin bununla əslində müasir rus şansonunun əsasını qoydu.

Yeseninin sağlığında, təkrar nəşrlər də nəzərə alınmaqla, 30-a yaxın kitabı nəşr olunub. İlk kitab – "Raduniça" (1915-ci ilin noyabr ayında 1916-cı il qeydi ilə çap olunub), son kitab – "Fars motivləri" (1925). Bunlardan əlavə, şairin sağlığında müxtəlif mənbələrdə 25-ə yaxın kitabın çapa hazırlanması haqqında məlumatlara (bəzən kitabın adı, bəzən əlyazması, bəzən çapa hazır variantı, bəzən də maketi) rast gəlinsə də, naməlum səbəblərdən onlar çap olunmamış qalıb.

Tarix
2014.09.22 / 09:00
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Regiondan uzaq dövlətlərin prosesə maneə törətməsi...

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla