Yuxarı

Putin təşvişlə repressiya anonsu verdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Putin Rusiyaya mesaj verir ki, bütün daxili ziddiyyətlər güc tətbiqi ilə həll ediləcək".

Axar.az xəbər verir ki, bu açıqlama ilə politoloq Ərəstun Oruclu öz Feysbuk səhifəsində çıxış edib. O, dünən Rusiyada keçirilən "sülh marşı"nın Kremli təşvişə saldığını bildirib:

"Prezident Putinin sərəncamı ilə Rusiya Daxili Qoşunlarının Xüsusi Təyinatlı Diviziyasına Feliks Dzerjinskinin adı qaytarılıb. Bolşevik-sovet ÇK-NKVD-KQB repressiya maşınının banisinin adının məhz indi bərpa edilməsi heç də təsadüfi görünməməlidir. Xüsusilə də son bazar günü Rusiyanın xeyli şəhərlərini əhatə edən "Sülh marşı"ndan sonra. Xatirinizdədirsə, dünən Rusiyanın onlarla şəhərində "Ukraynada müharibəyə yox!" şüarı altında on minlərlə vətəndaş Putin hakimiyyətinin Ukrayna siyasətinə etiraz aksiyasına çıxdı. Belə bir fəallıq Kremli təşvişə salmaya bilməzdi və reaksiyadan göründüyü kimi, belə də oldu. Unutmayaq ki, bu diviziya sovet rejiminin daxili iğtişaşları yatırmaq üçün yaratdığı xüsusi elit hissədir və indiki məqamda onu bu cür qabartmaqla Putin Rusiyaya mesaj verir ki, bütün daxili ziddiyyətlər güc tətbiqi ilə həll ediləcək. Ehtiyac olarsa, lap kütləvi repressiyalarla. Bu, həm də dolayısilə keçən əsrin 30-cu illərinin repressiyalarını təmizə çıxarmaq məqsədi güdür. Eynilə, necə ki, indi bizdə özünü "solçu", "kommunist" və s. adlandıran bəzi qruplar siyasi cəsədləri millətin qanı içində üzən bolşevik babalarını az qala millətin ən dəyərli nümayəndələri kimi təqdim etməyə çalışırlar..."

Tarix
2014.09.23 / 00:12
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla