15 gündə qarın piyini əridən içki
02:05
Ana səhifə Toplum |
Litva kitabxanalarında Qarabağ həqiqətlərinə dair yazılmış kitablar oxucuların ixtiyarına verilib.
Axar.az xəbər verir ki, Azərbaycanın Litvadakı səfirliyinin təşəbbüsü ilə Moldovadakı səfirimiz Namiq Əliyevin "Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi" kitabı nəşr edilib.
Ölkəmizin Litvadakı səfiri Həsən Məmmədzadə Feysbuk səhifəsində qeyd edib ki, artıq bu kitab Litva kitabxanalarında yerli oxuculara təqdim olunur.
Kitabda Dağlıq Qarabağ münaqişəsinin əsas hüquqi aspektləri, münaqişənin tarixi və hazırkı durumu, habelə mümkün tənzimləmə yolları barədə məlumat verilib.
Tarix
2014.09.23 / 00:39
|
Müəllif
Emin Aslanlı
|