Yuxarı

NATO Azərbaycana silah embarqosunu ləğv edə bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"NATO ölkələri yaxın gələcəkdə Azərbaycanla da hərbi əməkdaşlığı mümkün saya bilər".

Bu sözləri Axar.az-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. O, Ukraynada baş verənlərin NATO-nun münaqişəli ölkələrə silah satmamaq konsepsiyasını zəiflətdiyini bildirib:

"Başda ABŞ olmaqla, NATO ölkələrinin bir qismi Ukraynaya silah göndərməyə qərar verib. Halbuki Ukraynada münaqişə var və daxili qaydalara görə, əslində NATO bu ölkəyə müasir silahlar verməməlidir. Ancaq NATO ölkələri hazırkı reallıqdan çıxış edərək Ukraynanın Rusiyanın ekspansiyasına qarşı güclü ordu yaratmasına dəstək qərarı veriblər. Bu hesabla Ukraynaya silah verən NATO ölkələri yaxın gələcəkdə Azərbaycanla da hərbi əməkdaşlığı mümkün saya bilər. Çünki Dağlıq Qarabağ problemi ilə yanaşı, Azərbaycana digər təhlükələr də var. NATO Azərbaycanın bu təhlükələrə qarşı müasir hərbi qüvvələrinin olmasını istəyir. Alyansın qeyri-rəsmi embarqosu səbəbindən Azərbaycan Rusiya ilə hərbi sahədə əməkdaşlıq etmək məcburiyyətindədir".

Xatırladaq ki, NATO-nun münaqişədə olan ölkələrə silah satmamaqla bağlı qərarı Azərbaycanın NATO üzvü olan dövlətlərlə hərbi əməkdaşlığına imkan vermir.

Tarix
2014.09.23 / 08:30
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla