Yuxarı

Fikrət Məmmədov AŞPA-nın sədri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri xanim Ann Brasör ilə görüşüb.

Axar.az-a Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən verilən məlumata görə, Avropa Şurası ilə müxtəlif istiqamətlərdə, o cümlədən hüquqi sahədə sıx əməkdaşlıq etdiyini vurğulayan nazir dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə insan haqları, demokratiya və qanunun aliliyinə xidmət edən islahatlardan danışaraq bu prinsiplərin, həmçinin ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə əsas prioritet təşkil etdiyini və keçirilən tədbirləri qeyd edib.

Qonağa həmçinin, Avropa Şurasının iştirakı və dəstəyi ilə məhkəmə sisteminin və infrastrukturunun təkmilləşdirilməsi, hakimlərin Avropada ən şəffaf seçim, habelə penitensiar sistemin inkişafı, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, yeni müasir cəzaçəkmə müəssisələrinin inşası üzrə və s. görülən tədbirlər barədə məlumat verilib.

Ölkəmizə yenidən səfər etdiyindən məmnunluğunu bildirən qonaq Azərbaycan və Avropa Şurası arasındakı konstruktiv əməkdaşlığı qeyd edib, məhkəmə-hüquq sistemindəki yenilikləri məmnuniyyətlə qarşılayıb, vətəndaş cəmiyyətinin inkişafı, qanunvericiliyin təkmilləşdirilməsi və qeydiyyat prosedurları ilə maraqlanıb. A.Brasör penitensiar müəssisələrə baş çəkmək üçün imkan yaradılmasına görə minnətdarlığını ifadə edib.

Görüşdə həmçinin, ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövrünə təsadüf edən 2014-2016-cı illər üzrə qəbul olunmuş birgə Fəaliyyət Planının implementasiyasına, yeni layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb, maraq kəsb edən digər suallara aydınlıq gətirilib.

Tarix
2014.09.23 / 10:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla