Yuxarı

Putin Kiyevi, sonra Baltikyanını tutacaq - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ kəşfiyyatının əldə etdiyi dəqiq məlumatlara əsasən, Kiyev də daxil olmaqla, Putin Ukraynanın böyük bir hissəsini ələ keçirməyə hazırlaşır və onun növbəti hədəfi Baltikyanı ölkələr, həmçinin Qazaxıstandır".

Axar.az Noviy Region-a istinadən xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında hərbi ekspert Valentin Badrak deyib. Onun sözlərinə görə, işğalçının bu planının qarşısını əsl xalq müharibəsi ala bilər:

"Təsəvvür edin ki, bir dövlət kimi hazırda Ukraynanın mövcud olub-olmayacağı məsələsi gündəmdədir. Amerika kəşfiyyatının məlumatlarına əsasən, Putin Jitomir və Vinniçki vilayətlərinin sərhədlərinə qədər irəliləməyi planlaşdırır. Ukraynanın şərq əraziləri Rusiyanın protektoratına keçə bilər. Hətta bu barədə Konqressə məruzə edilib. Növbəti hədəflər isə Baltikyanı ölkələr və Qazaxıstan olacaq".

Ekspert vurğulayıb ki, növbəti əraziləri ələ keçirmək üçün hazırda Ukrayna Rusiya üçün bir laboratoriya rolunu oynayır:

"Ukrayna böyük bir laboratoriya rolunu oynayır. Putinin planları burada reallaşarsa, o Baltikyanı ölkələrə keçəcək. Məsələn, həmin ərazilərdəki rusdilli əhali müəyyən təxribatlara sövq ediləcək. Bunun üçün ən münbit şəhər Narvadır. "Novorossiya" Putin üçün bir hədəf deyil, böyük planlarının həyata keçirilməsində Qərbin reaksiyasını öyrənməyə yönəlik bir amildir. Qınaqla üzləşməyəcəksə, Putini saxlamaq mümkün olmayacaq".

Tarix
2014.09.23 / 10:18
Müəllif
Telman Məmmədli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla