Yuxarı

Məmurun intihar səbəbi yayıldı – Şok təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda bələdiyyə sədri Mahmud Şıxməmmədovun intihar etməsi ilə bağlı şok məlumat yayılıb.

Hadisə ilə bağlı Qaynar.info-nun yaydığı xəbərdə bildirilir ki, bələdiyyə sədri mərhum Mahmud Şıxməmmədov ötən gün istintaqa çağırılıb. Bundan sonra bələdiyyə sədri kredit götürmək üçün bir neçə banka müraciət edib, lakin kredit götürə bilməyib. Sayt öz mənbəsinə istinadla bələdiyyə sədrindən külli miqdarda pul tələb oldunduğu iddia edib. Bu məbləğın hətta 30-50 min manat civarında olduğu deyilir.

Mərhumun qardaşı oğlu Rahib Şıxməmmədov isə bildirib ki, hazırda yas mərasimindədirlər və hadisə ilə bağlı ətraflı məlumat verəcəklər: "Müxtəlif versiyalar var. Dəqiq məlumatları çatdıracağıq. İndi hüzür mərasimidir və başımız qarışıb".

Məsələ ilə bağlı Göyçay rayon Prokurorluğunun böyük müstəntiqi Emin Qurbanov bildirib ki, bir müddət öncə Rayon Prokurorluğu tərəfindən bələdiyyə sədrinə Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət işi açılıb:

"Prokurorluqda 178-ci maddə (dələduzluq) ilə ona cinayət işi açılıb. İstintaq materialları toplanaraq Rayon Polis Şöbəsinin İstintaq Şöbəsinə göndərilib. Cinayət işi ilə bağlı Polis Şöbəsi ilə əlaqə saxlamaq lazımdır. Dələduzluqla bağlı işə istintaq şöbəsi baxır. İş isə istintaq şöbəsinin müstəntiqi Saleh Muştaqovdadır. Bələdiyyə sədrinin intihar etməsinə gəlincə, hadisənin səbəbləri tərəfimizdən araşdırılır. Hələ ki, Mahmud Şıxməmmədovun hansı səbəbdən intihar etməsi bəlli deyil".

İstintaq şöbəsinin müstəntiqi Saleh Muştaqov Qaynar.info-ya açıqlamasında bələdiyyə sədrindən pul tələb olunması ilə bağlı yayılan məlumatları əsassız adlandırıb:

"Ona ağır maddə ilə cinayət işi açılıb və bu səbəbdən də o, intihar edib. İş Baş Prokurorluğun nəzarətindədir. Ondan rüşvət istəniləməsi ilə bağlı iddialar əsassızdır. Onun barəsində ağır maddə ilə - Azərbaycan Respublikası CM–nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılmışdı. Cinayət işi Rayon Prokurorluğunda bu ayın 20-də başlanıb və polis şöbəsinə göndərilib. Onun intihar etməsi də bununla bağlıdır, çünki üstündə ağır maddə var idi".

Tarix
2014.09.23 / 13:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla