Yuxarı

İŞİD 60 kəndi aldı: Türkiyə kürdləri savaşa qatılır - Təcili

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürd yığma qoşun döyüşçüləri İŞİD silahlı qruplaşmalarının Suriyanın Türkiyə ilə sərhədində yerləşən Eyn-əl-Ərəb şəhərinə hücumunun qarşısını alıblar.

Axar.az Ria Novosti-yə istinadla bildirir ki, bu barədə Livanın "əs-Səfir" qəzeti məlumat yayıb. Kürd özünümüdafiə dəstələrinin nümayəndəsi Ridur Xəlil bildirib ki, kürdlər islamçıların şəhərdən on kilometr cənub və təxminən 20 kilometr şərqə doğru istiqamətlənmiş hücumlarını dayandırıblar.

Son iki sutka ərzində kürd döyüşçüləri 60 terrorçu məhv edib, onlardan iyirmisi bu gecə öldürülüb.

İŞİD qruplaşmaları kürd müxtariyyətinin ən iri mərkəzlərindən olan Eyn-əl-Ərəb şəhərinə hücumu davam etdirirlər. Onlar hücum zamanı İraqın Mosul şəhərində ordunun anbarını zəbt edərkən ələ keçirdikləri tank, artilleriya ləvasimatları və minomyotlardan stifadə edirlər.

Kürdlər ağır silahları olmasa da, müqavimət göstərirlər. Livanın "əl-Əxbar" qəzetinin verdiyi məlumata görə, Suriya şəhərini müdafiə etmək üçün Türkiyənin həmsərhəd kəndlərindən 600 nəfərdən çox kürd köməyə gəlib. Son məlumatlara görə, işğalçılar şəhər yaxımlığındakı 60 kəndi ələ keçiriblər.

Tarix
2014.09.23 / 15:02
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla