Yuxarı

Putin İŞİD-ə qarşı hərbi əməliyyatları pislədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi Suriya rəhbərliyinin icazəsi olmadan İŞİD-ə qarşı başlanılan hərbi əməliyyatlara kəskin münasibət bildirib.

Axar.az xəbər verir ki, nazirlik yaydığı bəyanatda bu addımın beynəlxalq hüquq çərçivəsində mütləq cəzalandırılacağı ilə bağlı xəbərdarlıq edib.

Dəfələrlə məsələ ilə bağlı koalisiya ölkələrinə xəbərdarlıq etdiklərini xatırladan nazirlik BMT-ni bu qanunsuzluğa son qoymağa çağırıb: "Rusiya bu cür cəhdlərin beynəlxalq hüquq çərçivəsində reallaşmasının tərəfdarıdır. Burada birtərəfli hücum etmək olmaz. Suriya hökumətinin təsdiqi və ya BMT Təhlükəsizlik Şurasının qərarı lazımdır. Öz geosiyasi hədəflərinizi, bölgə ölkələrinin suverenlik haqlarını pozaraq etdiyiniz cəhdlər təzyiqin yüksəlməsinə və vəziyyətin daha da qeyri-sabit hala gəlməsinə səbəb olacaq".

Nazirlik verdiyi bəyanatda Prezident Vladimir Putinin BMT Baş katibi Pan Gi Munla telefon əlaqəsi saxladığını və Rusiyanın prinsipial mövqeyini bir daha ortaya qoyduğunu xatırladıb. Rusiya Prezidenti telefon danışığı zamanı belə deyib:

"Suriya rəhbərliyinin hücumlardan xəbərdar edilməsi yetərli deyil. Əməliyyatların həyata keçirmək üçün Suriyadan icazə almaq lazımdır".

Qeyd edək ki, ABŞ ordusu və koalisiya qüvvələri bu gün Suriyada hərbi əməliyyatlara başlayıb. ABŞ və koalisiya qüvvələri İŞİD-ə qarşı qırıcılar, bombardmançılar və "Tomaqavk" raketlərindən istifadə edirlər.

Suriya rəhbərliyi isə əməliyyatlardan xəbərdar olduqlarını, lakin buna icazə vermədiklərini bildirib.

Tarix
2014.09.23 / 15:51
Müəllif
Şəmsəddin, İlham
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla