Yuxarı

Qaçırılan alman ailəsi qətlə yetirildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 il əvvəl Yəməndə qaçırılan alman ər-arvad və oğulları qətlə yetirilib.

Axar.az Haberturk-ə istinadən xəbər verir ki, qaçırılanların qohumu Reynhard Pötşke onlara Almaniya Xarici İşlər Nazirliyi tərəfindən göndərilən bir məktubla bu hadisə haqqında məlumat verildiyini söyləyib.

Xarici İşlər Nazirliyinin məktubunda "etibarlı mənbədən alınan məlumata görə, qaçırılan ailədən ümid kəsilib" sözləri yer alıb.

Sabina və Cohannes H. adlı alman cütlük ikisi qız olmaqla, üç uşağı ilə birlikdə 2009-cu il iyunun 12-də Yəməndə bir qrup xarici vətəndaşla birlikdə qaçırılmışdı.

Protestant kilsəsinə mənsub Sabina və Cohannes H. ilə onların qrupunda olan cənubi koreyalı bir adamın meyiti Yəmənin şimalındakı Saada vilayətində tapılıb. Saada vilayəti şiə yaraqlılarının qalası olaraq tanınır.

Cütlüyün 8 və 10 yaşlı qızları 2012-cu ilin may ayında azadlığa buraxılıb. Qızlar hələ də Almaniyanın Saksoniya əyalətində qohumlarının yanında yaşayırlar.

Tarix
2014.09.23 / 18:57
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla