Yuxarı

Yunanıstanın Azərbaycandakı səfiri Lənkərana getdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsunqas ölkənin cənub bölgəsinə səfəri çərçivəsində Lənkəranda olub.

Axar.az AzərTAc-a istinadən xəbər verir ki, Lənkəran Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə yunanıstanlı diplomata rayonun tarixi, coğrafi mövqeyi, əhalisi, turizm potensialı, xarici turistlərin bölgəyə cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

Səfir Dimitrios Tsunqas cənub bölgəsinə ilk dəfə səfər etdiyini vurğulayaraq Azərbaycan-Yunanıstan dostluq əlaqələrindən, bu münasibətlərin daim inkişaf etməsindən danışıb, odlar diyarı Azərbaycan ilə qədim tarixə malik Yunanıstanın oxşar cəhətlərini, Lənkəranda turizm üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Görüş zamanı müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Sonda yunanıstanlı qonağa Lənkəran xalçası və rayon haqqında fotoalbom hədiyyə edilib.
Həmin gün səfir Dimitrios Tsunqas Lənkəran şəhərindəki Heydər Əliyev Xatirə Parkı, Heydər Əliyev və Gənclər mərkəzləri, Bayraq Meydanı ilə tanış olub, rayonun mənzərəli yerlərini gəzib.

Tarix
2014.09.23 / 18:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla