Yuxarı

İŞİD Azərbaycana necə ayaq açdı? - MTN əməliyyatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Azadlıq" radiosuna müsahibəsində Azərbaycanda İŞİD-ə qoşulmaq istəyənlərin olduğunu etiraf etmişdi.

Komitə sədri bu marginal terror təşkilatına qoşulmaq istəyənlərin statistikasının müvafiq dövlət orqanlarında olduğunu açıqlamışdı:

"Xüsusi xidmət orqanları bununla ciddi məşğul olurlar. Bizim silahımız sözdür. Biz hansısa gəncin bir qrupa qoşulub getməsi və s. haqda məlumat aldıqda profilaktik söhbətə üstünlük veririk. İzah edirik ki, Suriyada baş verənlər din söhbəti deyil, İŞİD din altında pərdələnmiş terrorçu qrupdur. İŞİD-ə qoşulmaq istəyənlərlə bağlı statistika var, amma bu, mətbuata açıqlamaq üçün deyil".

Komitə sədrinin müsahibəsində dediyi "müvafiq dövlət qurumlarında statistika var" ifadəsinin ardınca hüquq-mühafizə orqanları əməli fəaliyyətə keçdi. Bu müsahibədən sonra çox çəkmədi ki, Azərbaycanda İŞİD-ə bağlı olan, Suriya və İraqda döyüşmüş şəxslər həbs olundu. Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 Azərbaycan vətəndaşı tutuldu.

***

Bu əməliyyat komitə sədrinin də çıxışının təsdiqləyici sübutudur ki, İŞİD terror təşkilatı artıq nəinki qapımıza kimi yaxınlaşıb, hətta içəriyə daxil olmağa macal tapıb. Təbii ki, zaman-zaman Azərbaycan hüquq-mühafizə orqanları elə dəstələr ifşa ediblər. Daha əvvəl də Vüqar Padarov adlı Çeçenistanda təlimat almış vəhhabi qruplaşması ilə birlikdə məhv edildi, dövlət obyektlərinə hücum planlayanlar barəsində hökm oxundu. Amma MTN-nin son əməliyyatı göstərir ki, təhlükə qətiyyən sovuşmayıb. Dünyanı lərzəyə gətirən və medianın bir nömrəli müzakirə mövzusu olan İŞİD qatilləri Azərbaycana da ayaq açıb.

M.Qurbanlının müsahibəsində isə bu əməliyyatın anonsunu qabaqcadan verdiyini də ehtimal etmək olar. Eyni zamanda, rəsmi Bakı bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan öz arealında bu qaniçən terrorçulara qarşı mübarizədədir.

Əslində dövlət və xalq üçün təhdid olan bu qruplaşma üzvlərinin həbsi ilə iş məhdudlaşmır. Bu, bir mesajdır ki, İŞİD aramızdadır və mühafizə gücləndirilməli, paralel maarifləndirmə aparılmalıdır.

Bir nüansı da yada salmaq yerinə düşər ki, vaxtaşırı dərc olunan bəzi siyahılarda İŞİD-in hədəfində olan ölkələrdən biri kimi məhz Azərbaycan göstərilirdi.

Xatırlatma:

MTN-nin rəsmi məlumatına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə, tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər Azərbaycan vətəndaşı - Yusifov Firdovsi Soltan oğlu, Soltanov Taleh Əzizağa oğlu, Həsənli Vilayət Ələsdan oğlu, Musayev Malik Elçin oğlu, Hacıyev Vasif Orduxan oğlu, Babazadə İlkin Aydın oğlu, Balakişiyev Mehman Pirbala oğlu, Mustafayev Ruslan Azər oğlu, Məmmədov Namiq Firdovsi oğlu, Muradov Fərid Arif oğlu, Həsənov Tural Namiq oğlu, Əliyev Elvin Vilayət oğlu, Mustafayev Tariyel Tapdıq oğlu, Qəmbərov Azər Asim oğlu, Bayramov Vüsal Qabil oğlu, Həşimov Samir Samid oğlu, Abbasov Nicat Faiq oğlu, Məmmədov Hüseyn Xəqani oğlu, Cəfərov Ruslan İlham oğlu, Baxışov Sənan İlqar oğlu, Quliyev Eldost Firudin oğlu, Məmmədəliyev Məmmədşah Ağaşah oğlu, Həsənov Əhməd Elxan oğlu, Mərdanov Maarif İrşad oğlu, Dursunəliyev Vüqar Əhəd oğlu və Qurbanlı Elşən Əbülfət oğlu şübhəli şəxs qismində saxlanılıblar. Müəyyən edilib ki, Firdovsi Yusifov və Taleh Soltanov Pakistan İslam Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmişlər. Təqsirləndirilən digər şəxslər - Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanov 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmişlər. Elşən Qurbanlı Suriya, İraq və Azərbaycan respublikalarının qanunvericilikləri ilə nəzərdə tutulmayan "İraq-Şam İslam Dövləti" - "İŞİD" adlı qanunsuz silahlı birləşmənin özünün paytaxtı elan etdiyi Suriyanın Raqqa şəhərində qanunsuz silahlı birləşmələrə qoşularaq radikal dini və hərbi təlimlər keçmişdir. Təlimlər bitdikdən sonra bölgü zamanı Elşən Qurbanlı öz istəyilə şəxsiyyəti istintaqla araşdırılan "Xattab" ləqəbli "əmir"in rəhbərlik etdiyi "Azəri camaatı" adlı qanunsuz silahlı dəstənin tərkibinə daxil olub.

Tarix
2014.09.23 / 22:20
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla